Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 025-22) 5-13-94

Lovayında səyyar qəbul və görüş

30 noyabr 2022 | 15:59

Rayon icra hakimiyyətinin başçısı Qəzənfər Ağayevin Kijəbə qəsəbəsinin Lovayın yaşayış massivində keçirdiyi səyyar qəbul və görüşdə rayonun inzibati orqanlarının, idarə, müəssisə və təşkilatlarının rəhbərləri iştirak etmişlər.

İcra başçısı kənd sakinlərini salamlayaraq son illər rayonumuzun digər yaşayış məntəqələrində olduğu kimi Kijəbə qəsəbəsində, o cümlədən Lovayın yaşayış massivində də xeyli işlərin görüldüyünü bildirmişdir. Burada əsas yolun asfaltlaşdırılması sakinlərin işini xeyli asanlaşdırıb, qazlaşma, elektrik enerjisi ilə fasiləsiz təminat və digər vacib məsələlər öz həllini tapıbdır. Bütün bu işlər cənab Prezidentin diqqət və qayğısı ilə həyata keçirilib. Ölkə başçısının tapşırığına əsasən mərkəzi və yerli icra hakimiyyəti orqanlarının rəhbərlərinin yerlərdə görüşlər keçirməsi, vətəndaşları narahat edən məsələri öyrənib həlli istiqamətində operativ tədbirlər görülməsinə xidmət edir.

Kənd sakinləri çıxış edərək möhtərəm Prezident İlham Əliyevin rəhbərliyi altında ölkəmizdə, o cümlədən rayonumuzda aparılan geniş abadlıq və quruculuq işlərinə, həmçinin əhalinin güzəranının yaxşılaşdırılması istiqamətində həyata keçirdiyi tədbirlərə görə  minnətdarlıq etmişlər. Rayon rəhbərliyinə səmimi görüşə və  qaldırılan məsələlərə həssaslıqla yanaşdığına görə təşəkkür etmişlər.

Sakinlər görülən işlərlə yanaşı Vətən müharibəsi şəhidi Orxan Babayevin xatirəsinə inşa edilmiş bulağa gedən yolun asfaltlaşdırılmasına, Lovayın kənd tam orta məktəbi üçün yeni binanın tikintisinə, məhəllə yolunun təmirinə, kənddən keçən çayın lildən təmizlənməsinə, yeni məhəllədə evlərə qaz xəttinin çəkilməsinə, məhəllədə elektrik naqillərinin çəkilərək şəbəkəyə qoşulmasına, elektrik təsərrüfatında yaranmış problemlərin həllinə köməklik göstərilməsini  xahiş etmişlər.

İcra başçısı vətəndaşlar tərəfindən qaldırılan məsələlərə münasibət bildirmiş, həlli barədə aidiyyəti üzrə tapşırıqlar vermişdir.

Qeyd etmişdir ki, güclü iqtisadi təmələ malik ölkəmizdə sosial məsələlərin həllinə xüsusi diqqət yetirilir. Ən böyük problem Qarabağ məsələsi idi ki, Müzəffər Ali Baş Komandan və igid oğullarımızın qəhrəmanlığı sayəsində buna da nail olduq. 30 il düşmən tapdağında olan torpaqlarımız 44 günə azad edilərək xalqımıza qələbə sevincini yaşadan Ali Baş Komandan və Rəşadətli Ordumuzla qürur duyur, fəxr edirik. Vətən müharibəsində qəhrəmanlıqla döyüşərək şəhid olan oğullarımızdan biri də bu kəndin övladı Orxan Babayevdir. Onun və digər şəhidlərimizin əziz xatirəsi daim yaddaşlarda qalacaq. Onların qəhrəmanlıq yolu gənclərimizə bir nümunədir. Bu böyük qələbə həm də öz liderinə hədsiz inanan xalqımızın yumruq kimi birliyinin nəticəsi idi. Qələbəmizi həzm edə bilməyən, dövlətimizin güclənməsini istəməyən, bundan  xoflanan qonşu İranda molla rejiminin nümayəndələri Ermənistana səfərlər edir, silahlar ötürür, yeni təxribatlar üçün çalışırlar. Ölkəmizdə qarışıqlıq salmaq, çirkin niyyətlərini həyata keçirmək, dövlətçiliyi zəiflətmək üçün bütün vasitələrdən istifadə edirlər. Ona görə də biz həmişə diqqətli olmalı, yumruq kimi cənab Prezidentin ətrafında birləşərək ölkəmizdə bərqərar olan əmin-amanlığı, sabitliyi qorumalı, düşmən qüvvələrin çirkin niyyətlərjnin ifşası və iflası üçün əlimizdən gələni etməliyik.

Keçidlər