Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 025-22) 5-13-94

Marzəsə kəndində səyyar qəbul və görüş

13 may 2025 | 16:49

Rayon İcra Hakimiyyətinin başçısı Qəzənfər Ağayev Siyaku kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin dağlıq ərazidə yerləşən Marzəsə kəndində əhali ilə növbəti səyyar qəbul və görüş keçirtmişdir. Görüşdə rayonun idarə və müəssisələrinin rəhbərləri iştirak etmişlər.

İcra başçısı bildirmişdir ki, rayonun ayrı-ayrı yaşayış məntəqələrində ildə bir dəfədən az olmayaraq əhali ilə səyyar qəbulların keçirilməsi fəaliyyətimizin əsas istiqamətlərindən birinə çevrilmişdir. Bu görüşlər zamanı həm verilən tapşırıqların icrası ilə maraqlanır, həm də yeni problemləri öyrənirik. Görüşlərin müsbət nəticələrinin olması işin səmərəliliyini göstərir.    

Son illər Marzəsə kəndində müəyyən işlər görülmüşdür. Kəndə gələn avtomobil yolunun 700 metrlik hissəsinə asfalt çəkilmiş, sürətli internet şəbəkəsi yaradılmış, yüksək gərginlikli hava xətti dəyişdirilmiş, 04 kv.luq xətlər il ərzində dəyişdirilərək tamamilə yenilənəcəkdir.

Buna baxmayaraq problemlər də vardır. Bu əsasən kəndə təbii qaz xəttinin çəkilməsi və yolun asfaltlaşdırılmasıdır. Qazlaşma ilə əlaqədar bütün respublikada Dövlət Proqramı qəbul olunmuşdur. Rayonumuzda da bu istiqamətdə layihələndirmə işləri aparılıb. Digər qəsəbə və kəndlərimiz qazlaşdırıldığı kimi Marzəsə kəndi də yaxın gələcəkdə qazlaşdırılacaqdır.  

İcra başçısı daha sonra qeyd etmişdir ki, respublikamızda çox böyük qlobal layihələr həyata keçirilir. Əsas diqqət işğaldan azad edilmiş Qarabağ və Şərqi Zəngəzurda erməni quldurları tərəfindən vəhşicəsinə dağıdılmış, talan edilmiş infrastrukturun bərpasına yönəldilmişdir. Buna baxmayaraq digər regionlarda da abadlıq-quruculuq işləri səngimir.  

Ölkəmiz böyük inkişaf yolundadır. Sabitlik, əmin-amanlıq şəraitində yaşayan xalqımız bu inkişafa, tərəqqiyə görə Ulu Öndər Heydər Əliyev siyasətinə və bunu uğurla davam etdirən cənab Prezidentimiz İlham Əliyevə hədsiz minnətdarlıqlarını bildirirlər. Aparılan abadlıq-quruculuq işləri ölkəmizin böyük iqtisadi gücünü göstərməklə, əhalinin normal yaşayışının təmin edilməsinə xidmət edir.

Azərbaycanımızın daha güclü olması üçün biz də hər zaman ölkə rəhbərinə dəstək olmalı, dəmir yumruq kimi ətrafında sıx birləşməli, birlik nümayiş etdirərək müstəqil dövlətimizin tərəqqisi və inkişafına töhfələrimizi verməliyik. 

Sakinlər çıxış edərək son illər rayonda aparılan abadlıq-quruculuq işlərinə, insanların sosial rifahının yaxşılaşdırılması ilə əlaqədar həyata keçirilən tədbirlərə görə ölkə Prezidenti möhtərəm cənab İlham Əliyevə dərin minnətdarlıqlarını ifadə etmişlər. Əvvəlki görüşlərdə qaldırılan məsələlərin həllinə diqqətlə yanaşdığına, vətəndaşlarla vaxtaşırı olaraq yaşadıqları ərazidə görüş keçirdiyinə görə rayon rəhbərliyindən razılıqlarını bildirmişlər.

Sakinlər kəndə təbii qazın verilməsinə, yolun asfaltlaşdırılmasına, Siyaku kəndinə qəsəbə statusunun verilməsinə və kənddə bankomatın qoyulmasına, elektrik xətt təsəsrrüfatının yenilənməsinin başa çatdırılmasına köməklik göstərilməsini xahiş etmişlər.

İcra başçısı qaldırılan bəzi məsələnin həlli ilə əlaqədar aidiyyəti üzrə tapşırıqlar vermiş, digərlərinin həllinin diqqətdə saxlanılacağını bildirmişdir.

Keçidlər