Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 025-22) 8-13-94

Marzəsə kəndində səyyar qəbul və görüş

14 avqust 2026 | 12:09

Rayon icra hakimiyyətinin başçısı Qəzənfər Ağayev Siyaku kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin dağlıq ərazidə yerləşən Marzəsə kəndində keçirdiyi növbəti səyyar qəbul və görüşdə rayonun idarə və müəssisələrinin rəhbərləri iştirak etmişlər.

İcra başçısı bildirmişdir ki, rayonun ayrı-ayrı yaşayış məntəqələrində ildə bir dəfədən az olmayaraq əhali ilə səyyar qəbulların keçirilməsinə çalışırıq. Bu görüşlər zamanı verilən tapşırıqların icrası ilə maraqlanır, yeni problemləri öyrənərək həlli yollarını axtarırıq.    

Son illər Marzəsə kəndində müəyyən işlər görülmüşdür. Kəndə gələn avtomobil yolu müəyyən məsafədə asfaltlaşdırılmış, qalan hissəsinə daş və çınqıl döşənmiş, sürətli internet şəbəkəsi yaradılmış, elektrik xətt təsərrüfatında təmir işləri aparılmışdır. Hazırda əsas problem kəndin qazlaşdırılması və asfalt örtüyünün axıra çatdırılmasıdır. Qazlaşma ilə əlaqədar Marzəsə kəndi üçün layihələndirmə işləri aparılmış, yaxın gələcəkdə qazlaşdırılacaqdır. Avtomobil yolunun asfaltlaşdırılması isə nümayəndəliyin Rinə, Binabəy, Lələkəpeştə və digər kəndlərində olduğu kimi burada da tədricən tamamlanması nəzərdə tutulmuşdur.   

İcra başçısı daha sonra qeyd etmişdir ki, respublikamızda çox böyük qlobal layihələr həyata keçirilir. Əsas diqqət işğaldan azad edilmiş Qarabağ və Şərqi Zəngəzurda erməni quldurları tərəfindən dağıdılmış, talan edilmiş infrastrukturun bərpasına yönəldilmişdir. Buna baxmayaraq digər regionlarda da abadlıq-quruculuq işləri səngimir.  

Sabitlik, əmin-amanlıq şəraitində yaşayan xalqımız bu inkişafa, tərəqqiyə görə Ulu Öndər Heydər Əliyev siyasətinə və bunu uğurla davam etdirən cənab Prezidentimiz İlham Əliyevə hədsiz minnətdarlıqlarını bildirirlər. Aparılan abadlıq-quruculuq işləri ölkəmizin böyük iqtisadi gücünü göstərməklə, əhalinin normal yaşayışının təmin edilməsinə xidmət edir.

Sakinlər çıxış edərək rayonda aparılan abadlıq-quruculuq işlərinə, insanların sosial rifahının yaxşılaşdırılması ilə əlaqədar həyata keçirilən tədbirlərə görə ölkə Prezidenti möhtərəm cənab İlham Əliyevə dərin minnətdarlıqlarını ifadə etmişlər. Əvvəlki görüşlərdə qaldırılan məsələlərin həllinə diqqətlə yanaşdığına, vətəndaşlarla vaxtaşırı olaraq yaşadıqları ərazidə görüş keçirdiyinə görə rayon rəhbərliyindən razılıqlarını bildirmişlər.

Sakinlər Marzəsə kəndinə qaz xəttinin çəkilməsinə, ümumi orta məktəbin təmir edilməsinə, avtomobil yolunun qalan hissəsinin asfalt olunmasına və məhəllə yolunun təmirinə, aqrar islahat zamanı verilən pay torpaqlarında uyğunsuzluqların aradan qaldırılmasına köməklik göstərilməsini xahiş etmişlər.

İcra başçısı qaldırılan bəzi məsələnin həlli ilə əlaqədar aidiyyəti üzrə tapşırıqlar vermiş, digərlərinin həllinin diqqətdə saxlanılacağını bildirmişdir.

Keçidlər