Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 025-22) 8-13-94

Miki kəndində səyyar qəbul

19 sentyabr 2025 | 17:47

Rayon icra hakimiyyətinin başçısı Qəzənfər Ağayevin Siyaku kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin Miki kəndində əhali ilə keçirtdiyi səyyar qəbul-görüşdə rayonun hüquq-mühafizə orqanlarının, idarə və müəssisələrinin rəhbərləri iştirak etmişlər. 

İcra başçısı qeyd etmişdir ki, Miki kəndində keçirtdiyimiz görüşlər həmişə səmimi və işgüzar olmaqla qaldırılan problemlərin, verilən təkliflərin əksəriyyəti həllini tapmışdır. Ölkə Prezidenti cənab İlham Əliyevin Sərəncamı ilə ayrılan vəsait hesabına kəndin yolu asfaltlaşdırılandan sonra əhalinin güzəranı xeyli yaxşılaşmış, rayon mərkəzi və qonşu kəndlərlə gediş-gəliş asanlaşmış, rahatlıq təmin edilmişdir. Yüksək gərginlikli elektrik xəttində təmir işləri aparılmış, kəndə internet verilişi təmin olunmuşdur.     

İndi əsas problem məktəb tikintisidir. Hazırda şagirdlər Rinə kəndində təhsillərini davam etdirirlər. Şagirdlərin daşınması üçün nəqliyyat vasitəsi ayrılmasına baxmayaraq bunun da öz çətinlikləri vardır. Çünki məsafə xeyli uzaqdır. Bütün bunları nəzərə alaraq mövcud məktəb binasının təmiri, yaxud yeni məktəbin tikintisinin tezləşdirilməsi ilə əlaqədar bir daha Elm və Təhsil Nazirliyinə müraciət edəcəyik.    

İkinci narahatçılıq qaz barəsindədir. Məlumat üçün deyim ki, Miki və ətraf kəndlərin qazlaşdırılması layihələndirilmişdir. Yaxın gələcəkdə bu məsələ həllini tapacaqdır.  

İcra başçısı vurğulamışdır ki, xalqımızın Ümummilli Lideri, Ulu Öndər Heydər Əliyev tərəfindən təməli qoyulmuş müstəqil Azərbaycanımız uğurla inkişaf edir. Cənab Prezident İlham Əliyevin apardığı məqsədyönlü siyasət nəticəsində suveren dövlətimizin dünyanın inkişaf etmiş güclü dövlətləri tərəfindən etibarlı tərəfdaş kimi qəbul edilməsi, ölkə rəhbərimizin ən yüksək səviyyədə hörmət və ehtiramla qarşılanması bizi hədsiz qürurlandırır.

Ölkəmizdə əmin-amanlıqdır, sabitlikdir. İnsanlar rahat şəkildə yaşayır və fəaliyyət göstərirlər. Miki camaatı da çox işgüzar, torpağa bağlı insanlardır. Burada yaxşı sitrus bağları vardır. Bununla yanaşı arıçılıq da yaxşı inkişaf etmişdir. Miki rayonumuzu respublikada ən çox balla təmsil edir. Kəndin arıçıları hər il Bakı şəhərində təşkil edilən bal yarmarkasına xeyli miqdarda bal çıxarıb satırlar. Adı ilə tanınan Miki balı hər kəs üçün cəlbedicidir. Dövlətin bu sahəyə və kənd təsərrüfatının digər sahələrinə verdiyi dəstəkdən istifadə edərək istehsalı artırmaq çox faydalı olar.

Vətəndaşlar çıxış edərək ölkə Prezidenti cənab İlham Əliyevin müdrik rəhbərliyi ilə ölkədə və rayonumuzda aparılan geniş abadlıq və quruculuq işlərindən danışmış, əhalinin yaşayış səviyyəsinin yaxşılaşdırılması istiqamətində həyata keçirilən tədbirlərə görə ölkə rəhbərinə dərin hörmət və ehtiramlarını ifadə etmişlər. Ucqar dağlıq ərazidə yerləşən və əhalisi az olan bir kəndin sakinləri ilə mütəmadi görüşə gəldiyinə görə icra başçısına minnətdarlıqlarını bildirmişlər.   

Sakinlər qəzalı vəziyyətdə olan Miki kənd ümumi orta məktəbi üçün yeni binanın tikilməsinə, kəndə qaz xəttinin çəkilməsinə, elektrik xətt təsərrüfatının yenilənməsinə və transformatorun dəyişdirilməsinə, qəzalı vəziyyətdə olan körpünün təmir edilməsinə köməklik göstərilməsini xahiş etmişlər.

İcra başçısı müraciətlərlə əlaqədar aidiyyəti üzrə tapşırıqlar vermiş, həlli istiqamətində operativ tədbirlərin görülməsini tapşırmışdır. Həlli vaxt tələb edən məsələlərlə bağlı vətəndaşlara izahat vermişdir.  

Keçidlər