Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 025-22) 8-13-94

Motalayataq kəndində səyyar qəbul və görüş

10 aprel 2026 | 15:10

Rayon icra hakimiyyətinin başçısı Qəzənfər Ağayev Asxanakəran kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin Motalayataq kəndində əhali ilə növbəti səyyar qəbul-görüş keçirmişdir. Görüşdə rayonun hüquq-mühafizə orqanlarının, idarə və müəssisələrinin rəhbərləri iştirak etmişlər.

Kənd inzibati ərazi dairəsi nümayəndəsi görülən işlər barədə məlumat verərək qeyd etmişdir ki, son iki ildə Taxtanakəran-Toradi avtomobil yolunda təmir işləri aparılmış, Əzərüd və Anbuba kəndlərinə asfalt yollar çəkilmiş, köhnəlmiş elektrik xətləri və dayaqlar yenisi ilə əvəzlənmiş, sürətli internet xətti çəkilmiş, rayon rəhbərliyinin dəstəyi və kənd ictimaiyyətinin iştirakı ilə bütün kənd ara yolları təmir edilmiş, suötürücü borular qoyulmuşdur. Yol infrastrukturu yenilənəndən sonra ərazidə çoxlu müasir fərdi yaşayış evləri, sahibkarlıq və turizm obyektləri inşa edilmiş, abadlığa diqqət artırılmışdır. 

İcra başçısı Ulu Öndər Heydər Əliyevin təməlini qoyduğu müstəqil, suveren Azərbaycanımızın dünyanın siyasi və iqtisadi aləmindəki önəmli rolundan, cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə qazandığı uğurlardan söhbət açmış, dövlətimizin bilavasitə iştirakı ilə reallaşan mühüm regional layihələrin ölkəmizin iqtisadiyatının daha da güclənməsinə yol açdığını bildirmişdir.  

Qüdrətli dövlətimiz üçün bugünkü gündə həlli mümkünsüz problemlərin olmadığını vurğulamış, vəhşi ermənilərin otuz il ərzində dağıtdığı, talan etdiyi doğma torpaqlarımızda aparılan sürətli bərpa işləri, soydaşlarımızın doğma torpaqlara qayıdışından söhbət açmışdır.   

Əhalinin sosial rifahının yaxşılaşdırılmasına yönələn dövlət tədbirlərinin yüksək səmərəsini qeyd edərək, bunların davamlı olacağını bildirmiş, görüş iştirakçılarını ölkəmizdə bərqərar olan əmin-amanlığı, sabitliyi qorumağa, Azərbaycanımızın daha da qüdrətlənməsi naminə cənab Prezidentin həyata keçirdiyi əhəmiyyətli işlərə hər zaman dəstək olmağa çağırmışdır.

Rayon mərkəzindən xeyli uzaqda, dağlıq ərazidə yerləşən kəndlərdə görülən abadlıq-quruculuq işlərinin dövlətin öz vətəndaşlarına böyük diqqət və qayğısının təzahürü kimi qiymətləndirən sakinlər ölkə rəhbəri möhtərəm cənab İlham Əliyevə dərin hörmət və ehtiramlarını bildirmiş, sakinlərlə yerlərdə görüşərək problemlərinin həllinə həssaslıqla yanaşan icra başçısından razılıq etmişlər.

Çıxış edənlər məhəllə yolunda çay üzərində suötürücü borunun qoyulmasına, sanatoriya üçün göndəriş verilməsinə və özünüməşğulluq proqramı çərçivəsində mal-qara verilməsinə köməklik göstərilməsini xahiş etmişlər.

İcra başçısı sakinləri dinləyərək qaldırılan məsələlərin həlli barədə aidiyyəti üzrə tapşırıqlar vermişdir.

İcra başçısı aprel döyüşlərinin 10-cu ildönümü ilə əlaqədar bu döyüşlərdə şəhid olmuş, Azərbaycanın Milli Qəhrəmanı Pəncəli Teymurovun məzarını ziyarət etmiş, ailəsinə baş çəkərək qayğıları ilə maraqlanmışdır.

Keçidlər