Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 025-22) 8-13-94

Noyabud kəndində səyyar qəbul

14 noyabr 2025 | 15:11

Rayon icra hakimiyyətinin başçısı Qəzənfər Ağayevin rayonun yaşayış məntəqələrində əhali ilə görüşərək səyyar qəbullar keçirməsi razılıqla qarşılanmaqla verilən təkliflərin, qaldırılan məsələlərin operativ həllinə öz müsbət təsirini göstərir.

Növbəti səyyar qəbul idarə, müəssisə və təşkilat rəhbərlərinin iştirakı ilə Kijəbə qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyin dağ kəndlərindən olan Noyabud kəndində keçirilmişdir.   

İcra başçısı qəsəbənin ayrı-ayrı yaşayış məntəqələrində vaxtaşırı görüşdüklərini qeyd etmiş, Noyabud kəndində keçirilən qəbulda əsas məqsədin əhalini yerində dinləmək olduğunu bildirmişdir.  

 Qeyd etmişdir ki, keçirdiyimiz əvvəlki görüşümüzdən sonra Deqadi kəndindən Pəlikəş və Sım kəndlərinə qədər yüksək gərginlikli elektrik xətləri və dirəklər dəyişdirilmiş, kəndin elektrik xətt təsərrüfatında cari təmir işləri görülmüş, sürətli internet şəbəkəsi yaradılmış, avtomobil yoluna birgə əməyimizlə çınqıl döşənmişdir.

 Cənab Prezidentin Sərəncamları ilə ayrılan vəsait hesabına elə sizin də istifadə etdiyiniz Deqadi-Pəlikəş avtomobil yolu asfaltlaşdırılmış, Noyabud kəndinə qaz çəkilişi də layihələndirilərək proqrama salınmış, yaxın gələcəkdə müsbət həllini tapacaqdır.

Noyabr bayramlar ayı olmaqla yanaşı əhalimizin əsas gəlir mənbələrindən olan sitrus meyvələrinin yığımı ayıdır. Noyabud kəndinin sakinləri də torpağa bağlı insanlardır. Gözəl təsərrüfatlarınız vardır. Ətrafda gördüyümüz kimi bu il də meyvə boldur. Bu həm də yaxşı gəlir deməkdir.

Ölkəmizdə bərqərar olan əmin-amanlığa görə cənab Prezidentimiz İlham Əliyevə minnətdarıq. Dövlətimiz uzun illər işğalda olan torpaqlarını Müzəffər Ali Baş Komandanın rəhbərliyi, rəşadətli ordumuzun hünəri ilə azad edib. Xalqımız böyük zəfərimizin beş illiyini sevinc və coşqu ilə qeyd edir. Qüdrətli dövlətimizlə fəxr edir, qürur duyuruq. Bizə bu tarixi günləri bəxş edən Müzəffər Ali Baş Komandanımızı və ordumuzu Allah qorusun.  

Hazırda Qarabağda və Şərqi Zəngəzurda sürətli quruculuq və bərpa işləri gedir. Böyük qayıdış proqramı uğurla icra olunur.    

İcra başçısı görüş iştirakçılarını ölkə rəhbəri ətrafında bundan sonra da sıx birləşməyə, Azərbaycanımızın daha da qüdrətlənməsi naminə cənab Prezidentin həyata keçirdiyi əhəmiyyətli işlərə hər zaman dəstək olmağa çağırmışdır.

Sakinlər çıxış edərək ölkə Prezidenti möhtərəm cənab İlham Əliyevin rəhbərliyi ilə respublikada və rayonda görülən geniş abadlıq-quruculuq işlərindən razılıq edərək, əhalinin sosial rifahının yaxşılaşdırılması istiqamətində həyata keçirdiyi tədbirlərə görə cənab Prezidentə hədsiz minnətdarlıq etmişlər. Güclü Azərbaycanla qürur duyduqlarını, sosial sahədəki yenilikləri ürəkdən   bəyəndiklərini birmənalı söyləmişlər. İcra başçısına əhali ilə tez-tez görüşlər keçirdiyinə, qaldırılan problemlərin həllinə həssaslıqla yanaşdığına görə dərin təşəkkürlərini bildirmişlər.

Görüş iştirakçıları görülən işlərlə yanaşı Noyabud kəndinə qaz xəttinin çəkilməsinə, qəzalı vəziyyətdə olan elektrik dirəklərinin dəyişdirilməsinə və avtomobil yolunun təmirinə köməklik göstərilməsini xahiş etmişlər.

İcra başçısı sakinlərlə səmimi və işgüzar görüşdən razılığını bildirmiş, qaldırılan məsələlərin həlli ilə əlaqədar aidiyyəti üzrə tapşırıqlar vermişdir.

Keçidlər