Ovala kəndində səyyar qəbul
Rayon icra hakimiyyətinin başçısı Qəzənfər Ağayev Kijəbə qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin Ovala kəndində vətəndaşlarla səyyar qəbul və görüş keçirtmişdir. Görüşdə rayonun aidiyyəti idarə və müəssisələrinin rəhbərləri iştirak etmişlər.
İcra başçısı əvvəllər də bu kənddə bir neçə dəfə səyyar qəbullar keçirtdiyini, sakinlər tərəfindən qaldırılan problemlərin həlli istiqamətində müəyyən işlərin görüldüyünü diqqətə çatdırmışdır. Qeyd etmişdir ki, kənd mürəkkəb relyefə malik dağlıq ərazidə yerləşdiyindən müəyyən çətinlikləri də vardır. Buna baxmayaraq sakinlər zəhmətkeş, torpağa bağlı olduqları üçün gözəl təsərrüfatlar yaradaraq yaşayışlarını təmin edirlər. İşgüzarlığınız, zəhmətkeşliyiniz məni çox sevindirir.
Son illər ölkəmizin hər yerində olduğu kimi rayonumuzda da xeyli abadlıq və quruculuq işlərinin aparıldığını diqqətə çatdıran icra başçısı bu istiqamətdə işlərin davamlı olacağını bildirmiş, bütün görülən işlərin əsasında Ulu Öndər Heydər Əliyevin siyasətinin dayandığını vurğulamışdır. Bu siyasəti uğurla davam etdirən cənab Prezident İlham Əliyevin diqqət və qayğısı ilə rayonun ən ucqar kəndləri olan Hamoşam, Toradi, Sım, Pəlikəş kəndlərinə asfalt yollar çəkilmiş, ümumiyyətlə yolu və işığı olmayan Dolu, Şəvqo, Diqo, Avyarud, Sibiyyət kəndlərinin bu problemləri həll olunmuşdur. Dağ kəndlərinə avtomobil yolu çəkiləndən sonra sıx meşəlik ərazilərində yeni təbiət mənzərələri, şəlalələr aşkar olunmuş və gözəl təbiətə malik bu yerlərə turist axını xeyli artmışdır.
İcra başçısı qeyd etmişdir ki, Müzəffər Ali Baş Komandanın rəhbərliyi, qəhrəman əsgərlərimizin fədakarlığı ilə uzun illər işğalda olan torpaqlarımız azad edilmiş, hazırda həmin torpaqlarda sürətli tikinti-quruculuq işləri aparılır. Dağıdılmış infrastrukturun bərpası böyük vəsaitlər tələb edir. Amma güclü iqtisadi dayaqlara malik olan dövlətimiz bunun öhdəsindən gəlməyə qadirdir.
Quruculuq işlərinin yalnız işğaldan azad edilən torpaqlarda aparılmadığını, ölkənin bütün regionlarında, o cümlədən, rayonumuzda da böyük layihələrin həyata keçirildiyini bildirmişdir. 26 kilometrlik Çayoba-Astara avtomobil yolunun əsaslı təmiri, 5 kilometrlik Dürriyə-Şümrüd avtomobil yolunun çəkilməsi, sərt qayaların yarılması ilə Dolu-ReqlOba yolunun birləşdirilməsi, Diqoli yaşayış massivinə qədər yeni yolun aparılması bu il ərzində görülən işlərdir. Hazırda Sərək və Şümrüd kəndlərində müasir tipli yeni məktəb binalarının tikintisinə başlanILmışdır.
Sakinlər müstəqil Azərbaycanın bugünkü inkişafı, dünyada tanınması ilə qürur duyduqlarını bildirmiş, sosial layihələrin icrası ilə rifahlarının yaxşılaşdırılmasına göstərdiyi qayğı və diqqətə görə möhtərəm Prezidentimiz İlham Əliyevə dərin təşəkkür və minnətdarlıqlarını ifadə etmişlər. Müntəzəm olaraq kənd sakinləri ilə görüşə gəldiyinə, qaldırılan məsələlərin həllinə həssaslıqla yanaşdığına görə icra başçısına razılıqlarını bildirmişlər. Görüş iştirakçıları görülən işlərlə yanaşı Ovala kəndinə gedən avtomobil yolunun asfalt olunmasına, kəndə qaz xəttinin çəkilməsinə, internet şəbəkəsinin yaradılmasına, qəzalı vəziyyətdə olan elektrik dirək və naqillərinin dəyişdirilməsinə köməklik göstərilməsini xahiş etmişlər.
İcra başçısı səmimi və işgüzar görüşdən məmnunluğunu bildirmiş, qaldırılan məsələlərin həlli ilə əlaqədar aidiyyəti üzrə tapşırıqlar vermişdir.