Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 025-22) 8-13-94

Ovala kəndində səyyar qəbul

24 oktyabr 2025 | 16:58

Rayon icra hakimiyyətinin başçısı Qəzənfər Ağayev Kijəbə qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin Ovala kəndində vətəndaşlarla səyyar qəbul və görüş keçirmişdir. Görüşdə rayonun aidiyyəti idarə və müəssisələrinin rəhbərləri iştirak etmişlər.

İcra başçısı yerlərdə keçirilən səyyar qəbulların əhəmiyyətindən danışaraq qeyd etmişdir ki, görüşlər zamanı ərazidə olan problemlər və vətəndaşların şəxsi müraciətləri dinlənilərək həllinə köməklik göstərilməsi daha da asanlaşır. Son illər Ovala kəndində də müəyyən işlər görülmüşdür. Dağlıq ərazidə yerləşən bu mənzərəli kənd dövlətimizin diqqət və qayğısı, sakinlərin işgüzarlığı, zəhmətsevərliyi ilə gündən-günə inkişaf edir, gözəlləşir. Kəndin əsas avtomobil yolunu bələdiyyə və sakinlərin köməkliyi ilə cari təmir etməyinizin nəticəsidir ki, həmişə işlək vəziyyətdədir. Buna görə sizə təşəkkür edirəm. Yeni məktəb binası tikilmiş, sürətli internet xətti çəkilmiş, elektrik xətt təsərrüfatında təmir işləri aparılmışdır. Sakinlərin işgüzarlığı ilə səliqəli sitrus bağları salınmış, arıçılıq xeyli inkişaf etmişdir. Fərdi təsərrüfatlarda istehsal olunan sitrus meyvələri və bal məhsullarının bazarlarda satışının ilbəil artması sevindiricidir. Şağlazüzə kəndindən buraya yeni dairəvi bir avtomobil yolunun çəkilməsini də planlaşdırmışıq. Bu layihə həyata keçiriləndən sonra vətəndaşlarımızın daha rahat yaşaması üçün imkanlar artacaq. Dağ mənzərələrini görməkdə maraqlı olan turistlərin kəndə gəlişi ilə, istehsal etdiyiniz məhsulların qapınızda satılması imkanı yaranacaq.

Rayonun Hamoşam, Toradi, Sım, Pəlikəş kimi ucqar dağ kəndlərinə asfalt yolların  çəkilməsi, ümumiyyətlə, yolu və işığı olmayan, gözəl təbiəti ilə insanı valeh edən Dolu, Şəvqo, Diqo, Avyarud, Sibiyyət kəndlərinə yol və işığın çəkilməsi bu gözəllikləri görmək istəyində olan hər kəs üçün əlçatan olmuşdur. Sıx meşəlik ərazilərdə aşkar edilmiş təbiət mənzərələrinin, şəlalələrin seyrinə gələn turistlərin sayı xeyli artmışdır.  

Bütün görülən işlərin Ulu Öndər Heydər Əliyevin siyasətini uğurla davam etdirən cənab Prezident İlham Əliyevin diqqət və qayğısı ilə həyata keçirildiyini qeyd edən icra başçısı, bunların davamlı olacağını iştirakçıların diqqətinə çatdırmışdır.

Müzəffər Ali Baş Komandanın rəhbərliyi, qəhrəman əsgərlərimizin fədakarlığı ilə uzun illər işğalda olan torpaqlarımız azad ediləndən sonra Qarabağ və Şərqi Zəngəzurda quruculuq işlərinin geniş vüsət aldığını söyləyən icra başçısı bütün dağıdılmış infrastrukturun bərpasının güclü iqtisadi dayaqlara malik olan dövlətimizin yalnız öz gücü ilə həyata keçirdiyini bildirmişdir.

Sakinlər rayon mərkəzindən xeyli uzaqda, dağlıq ərazidə yerləşən kəndlərdə görülən yüksək səviyyəli abadlıq-quruculuq işlərinin dövlətin öz vətəndaşlarına böyük diqqət və qayğısının təzahürü kimi qiymətləndirərək Prezident cənab İlham Əliyevə dərin hörmət və ehtiramlarını bildirmişlər.

Ovala kəndinə gedən yolun asfaltlaşdırılmasına, avtobus dayanacağının qoyulmasına, qəzalı vəziyyətdə olan elektrik dirəklərinin dəyişdirilməsinə, yeni inşa edilən fərdi yaşayış evlərinə elektrik xəttinin çəkilməsinə və sayğacın qoyulmasına, ünvanlı sosial yardım ayrılmasına köməklik göstərilməsini xahiş etmişlər.

İcra başçısı səmimi və işgüzar görüşdən məmnunluğunu bildirmiş, müraciətlərin müsbət həlli istiqamətində tədbirlərin görülməsi üçün aidiyyəti üzrə tapşırıqlar vermişdir.

Keçidlər