Pəlikəş kəndində səyyar qəbul
Rayon icra hakimiyyətinin başçısı Qəzənfər Ağayevin əhali ilə növbəti səyyar qəbul-görüşü Pəlikəş kəndində olmuşdur.
İcra başçısı ilk növbədə 7 fevral tarixində ölkəmizdə keçirilən növbədənkənar Prezident seçkilərində yüksək fəallıq göstərərək mütəşəkkil şəkildə səsvermədə iştirak etdiklərinə və ölkeçirilən növbədənkənar prezident seçkilərində yüksək fəallıq göstərərək mütəşəkkil şəkəmizi dünyaya tanıdan, vətəndaşlarımızın təhlükəsiz, sülh və əmin-amanlıq şəraitində yaşamasını təmin edən, torpaqlarımızın işğaldan azad edilməsinə nail olan layiqli namizəd cənab İlham Əliyevə yekdilliklə səs verdiklərinə görə kənd sakinlərinə təşəkkür etmişdir.
Qeyd etmişdir ki, cənab Prezidentin Sərəncamları ilə ayrılan vəsait hesabına son illər Pəlikəş kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyində xeyli işlər görülmüşdür. Deqadi-Pəlikəş avtomobil yolu asfaltlaşdırılmış, heç vaxt yolu və işığı olmayan Şəvqo, Dolu, Sibiyyət, Diqo kəndlərinə avtomobil yolu və elektrik xətti çəkilmiş, Pəlikəş, Sım, Dürriyə, Lomin, Şəvqo, Dolu, Diqo kəndlərində yeni məktəb binaları, Pəlikəşdə xəstəxana binası tikilib istifadəyə verilmişdir. Şümrüd kəndində təbii fəlakət nəticəsində evləri qəzalı vəziyyətə düşmüş 18 ailə üçün inşa edilən yeni evlər bu günlərdə sahiblərinə təhvil verilmişdir. Dürriyə-Şümrüd avtomobil yolunun tikintisi hazırda davam edir. Bu il Lovayın yarımstansiyasından Pəlikəş kəndinə gələn yüksək gərginlikli elektrik xəttinin yenilənməsi, Şümrüd kənd tam orta məktəbi üçün yeni binanın tikintisi, Dolu kəndindən Reqloba istiqamətində yeni avtomobil yolunun çəkilməsi nəzərdə tutulmuşdur. Görülən quruculuq-abadlıq işlərinin nəticəsidir ki, bu səfalı dağ kəndlərimizə gələn turistlərin sayı ildən-ilə artır. Rayonda, xüsusən də, bu ərazilərdə turizm sektorunun inkişaf etdirilməsi ilə əlaqədar yeni layihələrin icrası da diqqətdədir.
Yolların abadlaşdırılması ilə bu kəndlərdə xeyli inkişaf gedib. Müasir evlər, yeni obyektlər tikilir. Əvvəllər yay aylarında bütün qış tədarükünü görən sakinlər indi gündəlik ərzaq və digər tələbatlarını çox rahatlıqla təmin edə bilirlər. Bu da Heydər Əliyev siyasətini uğurla davam etdirən, ölkənin iqtisadi qüdrətini artırmaq üçün uğurlu strategiya həyata keçirən cənab Prezident İlham Əliyevin uzaqgörənliyinin nəticəsidir.
Sevinirik ki, Müzəffər Ali Baş Komandanın və Rəşadətli Ordumuzun gücü ilə torpaqlarımız düşmən tapdağından tamamilə azad edilib. Şanlı Bayrağımızın bütün suveren Azərbaycan ərazilərində əzəmətlə dalğalanması olduqca qürurvericidir. Prezident seçkilərində cənab İlham Əliyevin ailəsi ilə birlikdə Xankəndidə səsverməyə qatılması isə xalqımıza sonsuz sevinc bəxş etdi.
Hazırda erməni vandallarının dağıdaraq talan etdiyi Qarabağımızda sürətli tikinti işləri aparılmaqla yanaşı, həm də doğma soydaşlarımızın öz tarixi torpaqlarına qayıdaraq məskunlaşması təmin olunur. Bu qayıdışla doğma sakinlərinin nəfəsi ilə isinən şəhər və kəndlərimizə yeni həyat gəlir. Tikinti işləri sürətləndikcə qarşıdakı illərdə daha çox ailələrin yurd yerlərinə qayıdışının şahidi olacağıq.
Sakinlər çıxışlarında toy-bayram əhvali-ruhiyyəsində keçən Zəfər seçkisində sevinclə iştirak edərək, qalib xalqın qalib liderini bir daha təsdiq etdiklərindən qürurla danışmışlar. Ölkədə, o cümlədən, rayonumuzda aparılan abadlıq-quruculuq işlərindən, həyata keçirilən sosial layihələrin əhəmiyyətindən söhbət açmış, bu diqqət və qayğıya görə ölkə Prezidenti cənab İlham Əliyevə dərin minnətdarlıqlarını bildirmişlər. İcra başçısının vaxtaşırı onlarla görüşünü, qaldırılan məsələlərin həllinə yaxından köməklik göstərilməsini yüksək qiymətləndirərək razılıq etmişlər.
Görüş iştirakçıları məhəllədə elektrik gərginliyi zəif olduğundan tədbirlərin görülməsinə, sürətli internet şəbəkəsinin qurulmasına, özünüməşğulluq proqramı çərçivəsində xırdabuynuzlu mal-qaranın verilməsinə, fərdi yaşayış evinin dam örtüyünün təmir edilməsinə köməklik göstərilməsini xahiş etmişlər.
İcra başçısı müraciətlərin həlli istiqamətində tədbirlərin görülməsi məqsədilə aidiyyəti üzrə tapşırıqlar vermişdir.