Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 025-22) 5-13-94

Qamışoba kəndində səyyar qəbul və görüş

09 iyun 2022 | 14:20

Rayon İcra hakimiyyətinin başçısı Qəzənfər Ağayev Kakalos kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin Qamışoba kəndində səyyar qəbul və görüş keçirmişdir. Görüşdə rayonun inzibati orqanlarının, rayonda fəaliyyət göstərən xidmət təşkilatlarının rəhbərləri və ictimaiyyət nümayəndələri iştirak etmişlər.

Səyyar qəbulda sakinlərin arzu və təklifləri dinlənilmiş, səsləndirdikləri məsələlər məsul şəxslərin iştirakı ilə yerindəcə araşdırılaraq həlli ilə bağlı tədbirlər müəyyənləşdirilmişdir. Həlli vaxt tələb edən məsələlər nəzarətə götürülməklə aidiyyəti təşkilat rəhbərlərinə müvafiq tapşırıqlar verilmişdir.

İcra başçısı pandemiyanın yaratdığı çətinliklərdən, buna qarşı mübarizə tədbirlərindən, xüsusilə vaksinasiyanın uğurla həyata keçirilməsindən bəhs etmişdir. Qeyd etmişdir ki, vaxtında görülən tədbirlərin nəticəsidir ki, yenidən normal həyata qayıda bilmişik. Digər tədbirlərlə yanaşı səyyar qəbullar da bərpa olunmuş, bundan sonra sizinlə tez-tez görüşlərimiz üçün şərait yaranmışdır.

 Kənd sakinləri çıxış edərək pandemiyanın qarşısının alınmasında, Vətən müharibəsinin qələbə ilə başa çatdırılmasında misilsiz xidmətlərinə, həmçinin, kəndə içməli su xəttinin çəkilməsinə görə Azərbaycan Respublikasının Prezidenti möhtərəm cənab İlham Əliyev hədsiz minnətdarlıqlarını bildirmiş və ölkəmizin hər yerində olduğu kimi Astara rayonunda da aparılan geniş abadlıq və quruculuq işlərini yüksək qiymətləndirmişlər.  

Sakinlər bununla yanaşı kəndə elektrik dirəklərinin dəyişdirilməsi, sip kabelləşmənin aparılması, təbii qazın təzyiqinin aşağı olması, məktəbin elektrik xətlərində olan nasazlığın aradan qaldırılmasına köməklik göstərilməsini xahiş etmişlər.

İcra başçısı qeyd etmişdir ki, ulu öndər Heydər Əliyevin siyasətini uğurla davam etdirən cənab Prezident İlham Əliyev ölkəmizin hərtərəfli inkişafına, dünyada tanınmasına, etibarlı tərəfdaş ölkəyə çevrilməsinə nail olmuşdur. Bunun nəticəsi idi ki, pandemiya ilə mübarizədən uğurla çıxan xalqımız, quldur, terror erməni dövlətini də ağır məğlubiyyətə uğradaraq, qısa müddətdə torpaqlarımızı işğaldan azad etdi. Yeni ərazi iddialarına düşən, xaincəsinə yaşayış məntəqələrimizi atəşə tutan, dinc sakinləri qətlə yetirən  düşmənə layiq olduqları yeri göstərildi.

Əks-hücum əməliyyatına başlayan silahlı qüvvələrimiz Müzəffər Ali Baş Komandanın rəhbərliyi altında qısa müddətdə bu terror dövlətini diz çökdürərək torpaqlarımızı işğaldan azad etdilər. İndi o torpaqlarda şanlı Azərbaycan bayrağı əzəmətlə dalğalanır. Bütün dünya vəhşi düşmənin 30 il ərzində taladığı doğma torpaqlarımızda heç bir şey saxlamadığının şahididirlər. Bütün infrastruktur vəhşicəsinə dağıdılıb.  İndi oralarda quruculuq bərpa işlərinə başlanıbdır.  Biz tez-tez cənab Prezidentin işğaldan azad edilən rayonlara səfərlərinin və bu səfərlər çərçivəsində yeni-yeni obyektlərin təməlqoyması və açılışlarını qürurla izləyirik. Bu o deməkdir ki, tezliklə böyük qayıdışın şahidi olarıq. Soydaşlarımız doğma yurdlarına qayıdacaqlar.

Burada qaldırılan məsələlərə gəldikdə isə əsas problemlər həllini tapıb. Uzun illər mövcud olan içməli su problemi Xanbulnçaydan Astara şəhərinə çəkilən su xətti vasitəsilə həllini tapmışdır. İndi burada gözəl turizm obyekti inşa olunubdur. Gələcəkdə bu obyektlər dəniz sahili boyunca Qamışobadan Astara şəhərinə qədər genişlənəcəkdir. Turistlərin rayonumuza axını getdikcə çoxalır. Bundan ilk növbədə yerli sakinlərimiz faydalanacaqlar. Ona görə də təsərrüfatlarınızı genişləndirməyinizi tövsiyə edirəm. Yetişdirdiyiniz ekoloji təmiz məhsullara tələbat artacaq və istehsal etdiyiniz məhsullar üçün yaxşı alıcılar olacaqdır.   

Bütün bunları möhtərəm Prezidentimiz İlham Əliyevin apardığı məqsədyönlü siyasətin nəticəsi kimi dəyərləndirən icra başçısı, müstəqil dövlətimizin davamlı inkişafı və vətəndaşların yaşayış səviyyəsinin yaxşılaşdırılması üçün dövlətimiz tərəfindən bundan sonra da mühüm işlərin planlaşdırıldığını diqqətə çatdırmışdır.

Keçidlər