Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 025-22) 5-13-94

Qapıçıməhəllə kəndində səyyar qəbul və görüş

04 oktyabr 2024 | 17:50

Rayon icra hakimiyyətinin başçısı Qəzənfər Ağayev əhali ilə növbəti səyyar qəbul-görüşü Suparibağ kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin Qapıçıməhəllə kəndində keçirtmişdir. Görüşdə rayonun idarə və müəssisələrinin rəhbərləri iştirak etmişlər.

İcra başçısı qeyd etmişdir ki, yerlərdə keçirilən səyyar qəbul və görüşlər ənənəvi hal almışdır. Suparibağ nümayəndəliyinin kəndlərində də dəfələrlə görüşlərimiz olmuşdur. Bu səyyar qəbullarda qaldırılan problemlərin əksəriyyətinin həllinə nail olmuşuq. Sonuncu görüşdən keçən müddət ərzində  kəndə internet xətti çəkilmiş, avtomobil yolunda cari təmir işləri aparılmışdır. Elektrik xətt təsərrüfatında müəyyən işlər görülsə də, bu iş tamamlanmamışdır. Bununla əlaqədar aidiyyəti üzrə müraciət etmişik. Bundan başqa kənddə yeni məktəb binası tikilərək istifadəyə verilmişdir. Bu da tədrisin keyfiyyətini xeyli yaxşılaşdırmış, nailiyyətlər artmışdır.  

Cənab Prezidentin ayırdığı vəsait hesabına çəkilən Ərçivan-Şuvi-Alaşa-Qapıçıməhəllə dairəvi avtomobil yolu qonşu kəndlərlə yanaşı bu kəndin də inkişafında böyük əhəmiyyət kəsb edir. Bununla kəndin əsas problemləri həllini tapmışdır. Asfalt yollar istifadəyə verildikdən sonra əhalinin güzəranı yaxşılaşmış, rahatlıq təmin edilmişdir.  

Böyük inkişaf yolunda olan ölkəmiz ildən-ilə daha da güclənir. Dövlətimiz öz gücünü, xalqımız birliyini 44 günlük Vətən müharibəsi savaşında bir daha dünyaya nümayiş etdirdi. Müzəffər Ali Baş Komandanın rəhbərliyi və qəhrəman oğullarımızın fədakarlığı nəticəsində torpaqlarımız işğaldan azad edildi. Hazırda Qarabağ və Şərqi Zəngəzurda sürətli quruculuq-bərpa işləri aparılır. Mənfur düşmənin taladığı doğma torpaqlara yeni həyat gəlir.

Rayonumuz da ölkədə gedən inkişafdan geri qalmır. Son illər rayonda çoxsaylı layihələr həyata keçirilmiş, bir çoxları hazırda davam edir. Cənab Prezidentin Sərəncamları ilə ayrılan vəsaitlər hesabına ötən əsrin 60-cı illərində salınmış 26 kilometrlik Çayoba-Astara avtomobil yolu asfaltlaşdırılmış, yolu olmayan Dürriyə-Şümrüd kəndlərinə yeni avtomobil yolu çəkilmiş və Sərək kənd tam orta məktəbi üçün yeni bina inşa edilir.

Heydər Əliyev Fondunun vəsaiti hesabına Şümrüd kənd tam orta məktəbi üçün yeni binanın tikintisi davam edir. Bundan başqa rayonun ayrı-ayrı ərazilərində özəl sektorlar tərəfindən müasir layihələr həyata keçirilməkdədir.  

Sabitlik, əmin-amanlıq şəraitində yaşayan xalqımız bu inkişafa, tərəqqiyə görə Ulu Öndər Heydər Əliyevin siyasətini uğurla davam etdirən cənab Prezidentimiz İlham Əliyevə hədsiz minnətdarlıqlarını bildirir. Heç bir kənar qüvvələrdən dəstək almadan ölkəmizin öz maliyyə gücü hesabına erməni vandalları tərəfindən dağıdılan infrastrukturu bərpa etməsi və digər regionlarda aparılan quruculuq-abadlıq işləri ölkəmizin böyük iqtisadi gücünü göstərməklə, əhalinin normal yaşayışının təmin edilməsi, rifah halının yaxşılaşdırılmasına xidmət edir. 

Nəzərə alsaq ki, Qapıçıməhəllə kəndi birbaşa sərhəddə yerləşir, siz daha da ayıq-sayıq olmalı, təxribatların qarşısının alınması üçün bütün imkan və vasitələrdən istifadə etməlisiniz. 

Biz Azərbaycanımızın daha güclü olması üçün həmişə olduğundan daha çox ölkə rəhbərinə dəstək olmalı, ətrafında sıx birləşməli, birlik nümayiş etdirərək müstəqil dövlətimizin tərəqqisi və inkişafına töhfələrimizi verməliyik. 

Kənd sakinləri çıxış edərək son illər rayonumuzda və nümayəndəliyin ərazisində aparılan quruculuq-abadlıq işlərindən razılıqlarını bildirmiş, bu diqqət və qayğıya görə respublika Prezidenti cənab İlham Əliyevə dərin minnətdarlıqlarını ifadə etmişlər. Sakinlər kənd ara yollarının təmir edilməsinə, elektrik xətt təsərrüfatının yenilənməsinin başa çatdırılmasına  köməklik göstərilməsini xahiş etmişlər.

Səyyar qəbulda iştirak edənlərin arzu və təklifləri dinlənilmiş, məsələlərin həlli ilə əlaqədar rayonun xidmət təşkilatlarının rəhbərlərinə tapşırıqlar verilmişdir.

İcra başçısı antiterror tədbirlərində qəhrəmanlıqla döyüşmüş, yaralanaraq əlil olmuş, qazi Hüseynov Murad Mubariz oğlu ilə görüşmüş, səhəti və qayğıları ilə maraqlanmışdır. Lənkəran Dövlət Unuversitetinə qəbul olması münasibətilə onu təbrik etmiş,  təhsilində uğurlar arzulamışdır.

Keçidlər