Rayon icra hakimiyyəti başçısı yanında müşavirə keçirilmişdir.
Rayon İcra hakimiyyətinin başçısı Qəzənfər Ağayev şəhər, qəsəbə və kənd inzibati ərazi dairəsi üzrə nümayəndələri, bələdiyyələr, idarə, müəssisə və təşkilat rəhbərləri ilə müşavirə keçirmişdir.
Müşavirədə “Rayonda payız-qış mövsümünə hazırlığın vəziyyəti” və “Erkən nikahların qarşısının alınması və yetkinlik yaşına çatmayanların hüquqlarının qorunması” məsələləri müzakirə edilmişdir.
Hər iki məsələ ilə əlaqədar arayışlar dinlənilmiş, mövcud problemlər və çatışmazlıqlar qeyd edilmişdir.
İcra başçısı hər iki məsələnin aktuallığını bir daha vurğulayaraq bildirmişdir ki, məruzə və müzakirələrdən göründüyü kimi, bu istiqamətdə rayonda xeyli işlər görülmüş, lakin görüləsi işlərimiz də vardır. Aşkar olunan nöqsanların qısa zamanda aradan qaldırılmasından ötrü aidiyyəti üzrə tapşırıq və tövsiyələrini verən icra başçısı gələcəkdə xoşagəlməz halların baş verməməsi üçün hamılıqla bütün qüvvələrin səfərbər edilməsinin vacibliyini diqqətə çatdırmışdır.