Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 025-22) 5-13-94

Rayon icra hakimiyyətinin başçısı Qəzənfər Ağayev boks üzrə Azərbaycan Birinciliyinin qalibi ilə görüşmüşdür

12 aprel 2022 | 06:34

Astara Rayon İcra Hakimiyyətinin başçısı Qəzənfər Ağayev boks üzrə Respublika çempionu Bilal Nəzərovla görüşmüşdür. Görüşdə Bilal Nəzərovun məşqçisi Ayaz Baxşıyev də iştirak etmişdir.

Nəzərov Bilal Ramil oğlu 2007-ci ildə Astara rayonunun Təngərüd kəndində anadan olmuşdur. Hazırda Təngərüd kənd tam orta məktəbin IX sinfində oxuyur. Kiçik yaşlarından idmanın boks növü ilə məşğuldur. O, dəfələrlə boks üzrə yeniyetmələr arasında açıq şəhər və rayon birinciliklərinin, yeniyetmələr arasında klublararası açıq Respublika birinciliyinin qalibi olmuşdur. 13 mart tarixində Bakı şəhərində boks üzrə yeniyetmələr arasında keçirilən Azərbaycan birinciliyində bütün rəqiblərinə qalib gələrək qızıl medala layiq görülmüşdür.

Bu yüksək nailiyyətlərinə görə Bilal Nəzərovu təbrik edən rayon icra hakimiyyətinin başçısı Qəzənfər Ağayev qeyd etmişdir ki, ölkə Prezidenti möhtərəm cənab İlham Əliyev gənclərin hərtərəfli inkişafına, bilikli, bacarıqlı, Vətənə layiqli vətəndaşlar kimi yetişməsinə, elmi nailiyyətlər qazanmasına fiziki sağlamlığını artırmasına xüsusi diqqət və qayğı ilə yanaşır. Cənab Prezidentin bu cür nailiyyətlər qazanan gənclərlə görüşləri dediklərimizə sübutdur. Bunun nəticəsidir ki, elm, incəsənət və idman sahəsində gənclərimizin uğurları gündən-günə artır. Onların beynəlxalq yarışlarda ölkəmizi layiqincə təmsil etməsi bizi hədsiz sevindirir və qürurlandırır. Sən hələ məktəblisən, uğurların qabaqdadır. Böyük idman arenaları səni gözləyir. Yəqin beynəlxalq yarışların çempionu kimi qarşına müəyyən məqsədlər də qoymuşsan. Bunun üçün yorulmadan çalışmalısan. İnanıram ki, çətinliklərdən qorxmadan, fədakarlıqla çalışacaq, böyük uğurlara imza atacaqsan.

İcra başçısı Bilal Nəzərovu bir daha təbrik etmiş, ona gələcək yarışlarda uğurlar diləmiş, Fəxri Fərman və qiymətli hədiyyə ilə mükafatlandırmışdır.

Bilal Nəzərovun məşqçisi Ayaz Baxşıyev yüksək diqqət və qayğıya görə rayon icra hakimiyyətinin başçısı Qəzənfər Ağayevə minnətdarlıq etmişdir. O, yetirməsi Bilal Nəzərovun çevik, çalışqan, tapşırıqların icrasına maksimum səy göstərən bir gənc olduğunu, gələcəyinə inandığını və böyük ümidlər bəslədiyini bildirmişdir.

Keçidlər