Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 025-22) 5-13-94

Rayon icra hakimiyyətinin başçısı Qəzənfər Ağayev Vinq Çun kontakt üzrə Dünya çempionu Məhəmmədəli Axundovu qəbul etmişdir

09 sentyabr 2023 | 11:06

Rayon icra hakimiyyətinin başçısı Qəzənfər Ağayev Vinq Çun kontakt üzrə yeniyetmələr arasında Dünya çempionu Axundov Məhəmmədəli Ceyhun oğlunu qəbul etmişdir.

İcra başçısı Məhəmmədəli Axundovu təbrik edərək qeyd etmişdir ki, ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə indi Azərbaycan dünyada həm də bir idman ölkəsi kimi tanınır.

Ölkəmizdə idmanın inkişafı və idmançılara yaradılan yüksək şəraitdən yararlanan gənclərimizin müxtəlif beynəlxalq yarışlarda uğurlar qazanaraq Şanlı Bayrağımızı yüksəklərə qaldırması bizi qürurlandırır, hədsiz sevindirir.

Yeniyetməlik yaşında çətin bir idman növündə dünya çempionu adını qazanmağın şərəfinə Dövlətimizin Himninin səsləndirilməsi, Bayrağımızın qaldırılması bözə böyük fəxarət hissi yaşadır. Bu möhtəşəm qələbə münasibətilə səni təbrik edir, daha böyük uğurlar arzulayıram.

Vinq Çun kontakt üzrə yeniyetmələr arasında Dünya çempionu Məhəmmədəli Axundov səmimi qəbula və xoş sözlərə görə icra başçısı Qəzənfər Ağayevə minnətdarlıq etmişdir. Özü haqqında məlumat verərək qeyd etmişdir ki, 2008-ci ildə Astara rayonunun Ərçivan qəsəbəsində anadan olub. 2013-cü ildən idmanın Uşu-sandu idman növü ilə məşğuldur. 2017, 2018 və 2019-cu illərdə bu idman növündə Respublika çempionu olmuşdur. Ən böyük uğuru isə bu ilin avqust ayının 14-18-də Çin Xalq Respublikasının Honkonq şəhərində keçirilən Çin Döyüş Növləri üzrə 15-ci Beynəlxalq Uşu Müsabiqəsi və Vinq-Çun üzrə 11-ci dünya çempionatında qazanmışdır. Otuz ölkədən 2 mindən çox atletin iştirak etdiyi yarışmada ölkəmizi təmsil edən Vinq Çun Federasiyasının 12 idmançısından biri olan Məhəmmədəli Axundov bütün rəqiblərinə qalib gələrək mübarizədən kənarlaşdıran qızıl medal qazanmaqla ilk böyük idman uğuruna imza atmışdır. Qeyd etmişdir ki, komandamız yüksək nəticə göstərərək 6 qızıl və 4 gümüş medal qazanmışdır.

Hazırda Azərbaycan yığma komandasının tərkibində məşqçi-müəllim Asif Sayadovun rəhbərliyi altında məşq edən Məhəmmədəli Axundov bu ilin noyabrında Yunanıstanda keçiriləcək Avropa çempionatına hazırlaşdığını bildirmişdir.

İcra başçısı Məhəmmədəli Axundovu bir daha təbrik etmiş, ona gələcək yarışlarda uğurlar diləmiş, Fəxri Fərman və qiymətli hədiyyə ilə mükafatlandırmışdır.

Keçidlər