Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 025-22) 8-13-94

Şəhid və müharibə əlillərinin övladları üçün Yeni il şənliyi

30 dekabr 2025 | 11:00

Astara Rayon İcra Hakimiyyəti tərəfindən Vətən müharibəsində qəhrəmanlıq göstərərək şəhid və əlil olmuş astaralıların övladları üçün Yeni il şənliyi təşkil edilmişdir.

Tədbirdə iştirak edən rayon icra hakimiyyəti başçısının müavini Firəngiz Sadıxova və RİH başçısı aparatının əməkdaşları uşaqları Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı münasibəti ilə təbrik etmiş, xoş arzularını bildirmişlər.

Qeyd edilmişdir ki, son beş ildə ölkəmizdə əlamətdar günlər və bayramlar daha böyük təntənə və qürurla keçirilir. Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə rəşadətli ordumuzun qəhrəmanlığı və xalqımızın birliyi sayəsində torpaqlarımız erməni işğalından azad edildi və suverenliyimiz bərpa olundu. Vətən uğrunda canından keçərək şəhidlik zirvəsinə ucalan qəhrəman oğullarımızdan bizə əmanət qalan övladları daim diqqətdə saxlanılır. Onların bundan sonra da Vətənə layiqli övladlar kimi böyümələri üçün hər cür qayğı göstəriləcəkdir.

Şəhid və müharibə əlillərinin övladları üçün təşkil olunmuş bayram tədbirində uşaqlar şeir, mahnı və rəqs nümunələri nümayiş etdirmişlər.

Sonda hər birinə bayram hədiyyələri təqdim edilmişdir.

Keçidlər