Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 025-22) 5-13-94

Səlivə kəndi də təbii qazla təmin olundu

29 may 2024 | 17:18

Şuvi kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin Səlivə kəndinə təbii qazın verilməsi ilə əlaqədar tədbir keçirilmişdir. Tədbirdə rayon icra hakimiyyətinin başçısı Qəzənfər Ağayev, Azəriqaz İB-nin əməkdaşları və kənd sakinləri iştirak etmişlər.

İcra başçısı kəndə qaz çəkilişini əlamətdar hadisə adlandıraraq sakinləri  bu münasibətlə təbrik etmiş, onlara xoş arzularını bildirmişdir. Qeyd etmişdir ki, respublikanın bütün bölgələrində, o cümlədən, Astara rayonunda “Regionların Sosial-iqtisadi İnkişafı Dövlət Proqramı”nda nəzərdə tutulan tədbirlərin icrası uğurla həyata keçirilir. Son illər məktəb tikintisi, avtomobil yollarının asfaltlaşdırılması və digər sosial məsələlərin həlli ilə yanaşı yaşayış məntəqlərinin qazlaşdırılması da daim diqqət mərkəzindədir. Ötən il nümayəndəliyin Deqadi kəndinə təbii qazın verilməsi təmin edilmişdir. Bu gün də Səlivə kəndində qaz açılışında iştirak edirik. Uzun illər idi ki, dağətəyi və dağlıq ərazini əhatə edən Səlivə kəndinin sakinləri təbii qaz almadığına görə çətinliklərlə üzləşirdilər. Qış aylarında daha çox əziyyət çəkən yerli sakinlər odun tədarük etməklə evləri qızdırırdılar. Nəhayət ki, bu gün kənd sakinlərinin arzusu reallaşır. Təbii qazın verilməsi ilə burada böyük bir problem həllini tapır.  

Bildiyimiz kimi Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə Vətən müharibəsindəki qələbəmizdən sonra erməni vandallarının vəhşicəsinə taladığı Qarabağda və Şərqi Zəngəzurda böyük quruculuq işləri aparılır. Cənab Prezidentin iştirakı ilə ayrı-ayrı sosial obyektlərin deyil, bütövlükdə şəhər və kəndlərin təməli qoyulur, açılışlar edilir.

Mayın 28-də xalqımızın qan yaddaşı olan, illərdir həsrətində olduğumuz Xocalı şəhərinə ilk ailələr köçürüldü. Cənab Prezident İlham Əliyevin ailəsi ilə birlikdə Xocalı şəhərinə köçən sakinlərlə görüşərək yeni mənzillərinin açarlarını onlara təqdim etməsini hamımız qürurla izlədik. Ali Baş Komandanın Xankəndiyə də qayıdışın müjdəsini verməsi bir daha onu göstərir ki, tezliklə bütün soydaşlarımız doğma yurdlarına qayıdacaqlar.

Böyük vəsaitlər tələb edən bu qlobal işlərin həyata keçirildiyi bir dövrdə Səlivə və digər ucqar kəndlərimizdə sosial problemlərin həlli cənab Prezidentin vətəndaşlarına olan diqqət və qayğısının təzahürü olmaqla yanaşı, həm də dövlətimizin böyük iqtisadi gücə malik olmasının nəticəsidir.

Kəndə təbii qazın verilməsini yüksək qiymətləndirən sakinlər bu diqqət və qayğıya görə ölkə Prezidenti möhtərəm cənab İlham Əliyevə minnətdarlıq etmiş, ölkəmizin inkişafı naminə gördüyü möhtəşəm işlərdə uğurlar arzulamış və daim sevimli Prezidentlərinin ətrafında sıx birləşəcəyini bildirmişlər

Sonda Vətən müharibəsi şəhidi Arif Qeybiyevin yadigarı Gülnur Qeybiyeva mavi qazı alışdırmışdır.

Keçidlər