Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 025-22) 5-13-94

Səlivə kəndində səyyar qəbul və görüş

01 iyul 2022 | 17:32

Rayon İcra hakimiyyətinin başçısı Qəzənfər Ağayevin əhali ilə ənənəvi olaraq keçirdiyi səyyar qəbul və görüşün növbəti ünvanı Şuvi kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin Səlivə kəndi olmuşdur.

Tədbirdə rayonun inzibati orqanlarının, idarə və müəssisələrin rəhbərləri iştirak etmişlər.

İcra başçısı bildirmişdir ki, əvvəllər də sizinlə görüşlərimiz olub. Verdiyiniz təkliflər, qaldırdığınız problemlərin həlli istiqamətində işlər görülüb. Pandemiyaya görə müəyyən müddət görüşə bilməsək də həmişə diqqətimizdə olmusunuz.

Ən əvvəl sizi və bizi narahat edən vacib məsələ olan kəndə təbii qaz xəttinin çəkilişi idi ki, cənab Prezidentin diqqət və qayğısı ilə bu problem də həllini tapmışdır. Yəqin yaxın günlərdə sizinlə təbii qazın açılışını edəcəyik. Səlivə kəndi ilə yanaşı qonşu Deqədi, Burzubənd kəndlərinə də hazırda qaz xətti çəkilir. Başqa sizi narahat edən məsələlər varsa təkliflərinizi verə bilərsiniz.

Kənd sakinləri çıxış edərək respublikada və rayonumuzda görülən geniş quruculuq abadlıq işlərinə görə, həmçinin, əhalinin sosial rifahının yaxşılaşdırılması istiqamətində həyata keçirdiyi çoxsaylı tədbirlərə görə Azərbaycan Respublikasının Prezidenti möhtərəm cənab İlham Əliyevə razılıqlarını bildirmiş, hədsiz minnətdarlıq ifadə etmişlər. Əhali ilə yaşadığı ərazidə görüşlər keçirdiyinə, qaldırılan problemlərin həllinə həssaslıqla yanaşdığına görə icra başçısına təşəkkürlərini bildirmişlər. Sakinlər görülən işlərlə yanaşı Səlivə kəndində elektrik xətt təsərrüfatının yenilənməsi, ara yolların təmiri, kənddə ibtidai məktəbin açılması barədə təkliflər vermişlər.

İcra başçısı vətəndaşlar tərəfindən verilən təkliflərə münasibət bildirmiş, həlli barədə aidiyyəti üzrə tapşırıqlar vermişdir.

Qeyd etmişdir ki, həyata keçirilən bütün mühüm layihələr, görülən işlər ölkəmizin ildən-ilə artan iqtisadi gücünün hesabınadır. Ölkəmizdə davamlı xarakter alan bu inkişaf ulu öndər Heydər Əliyevin siyasətini uğurla davam etdirən möhtərəm Prezidentimiz İlham Əliyevin müdrik rəhbərliyi ilə həyata keçirilir. İcra olunan bütün sosial layihələr vətəndaşların rifah halının yaxşılaşmasına xidmət edir. Beş-on il əvvələ qayıtsaq ölkəmizin necə böyük inkişaf yolu keçdiyini, haradan-haraya gəlib çatdığını aydın görə bilərik. Belə ucqar dağ kəndlərə təbii qaz xəttinin çəkilməsi dediyimizə sübutdur. Amma görülən işlər təkcə bununla məhdudlaşmır. Ölkənin hər yerində, bütün sahələrdə inkişaf, tərəqqi var.

Müzəffər Ali Baş Komandanın rəhbərliyi, əsgər və zabitlərimizin qəhrəmanlığı ilə quldur ermənilər məğlub edilərək torpaqlarımızdan qovulandan sonra düşmənin otuz il ərzində vəhşicəsinə taladığı yaşayış məntəqələrində sürətli tikinti-quruculuq işləri aparılır. Buna baxmayaraq digər regionlarımız da görülən abadlıq işləri ilə gündən-günə simasını dəyişir.  Bizim üzərimizə düşən əsas vəzifə də ölkə rəhbəri ətrafında sıx birləşərək ölkəmizdə bərqərar olan əmin-amanlığı, sabitliyi qorumaq, bu inkişafa töhfəmizi verməkdən ibarətdir. 

Keçidlər