Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 025-22) 5-13-94

Şəmətük kəndində səyyar qəbul və görüş

12 may 2023 | 15:20

Rayon icra hakimiyyətinin başçısı Qəzənfər Ağayev Kijəbə qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin Şəmətük kəndində vətəndaşlarla səyyar qəbul və görüş keçirmişdir. Görüşdə rayonun idarə və müəssisələrinin rəhbərləri iştirak etmişlər.

İcra başçısı sakinləri salamlayaraq əvvəllər də bu kənddə bir neçə dəfə səyyar qəbullar keçirdiyini, qaldırılan məsələlərin həllinə köməklik göstərildiyini qeyd etmişdir. Bildirmişdir ki, Şağlazüzədən Şəmətük kəndinədək Təngərüd çayı üzərində bir neçə körpü salınmış, yaxınlıqda yerləşən istirahət mərkəzinə qədər kəndin yolu asfaltlaşdırılmış, digər yarısına çınqıl döşənərək təmir olunmuş, iki yeni elektrik transformatoru qoyulmuşdur. Kənd dağlıq ərazidə yerləşməklə olduqca səfalı, mənzərəlidir. Ona görə də rayonumuzun vətəndaşları və gələn qonaqların ən çox baş çəkdiyi məkanlardan biridir. Kəndin problemlərinin bundan sonra da diqqətdə saxlanılacağını bildirərək sakinləri dinləmişdir.

 Sakinlər müstəqil Azərbaycanın bugünkü inkişafı, dünyada tanınması ilə qürur duyduqlarını bildirmiş, sosial layihələrin icrası ilə rifahlarının yaxşılaşdırılmasına göstərdiyi qayğı və diqqətə görə möhtərəm Prezidentimiz İlham Əliyevə dərin təşəkkür və minnətdarlıqlarını ifadə etmişlər. Müntəzəm olaraq kənd sakinləri ilə görüşə gəldiyinə, qaldırılan məsələlərin həllinə həssaslıqla yanaşdığına görə icra başçısına razılıqlarını bildirmişlər. Sakinlər görülən işlərlə yanaşı kəndin yuxarı hissəsindəki elektrik xətlərinin yenilənməsi, Şəmətük-Sipiyəpart avtomobil yolunun və Şəmətük körpüsündən Tüləküvan kənd tam orta məktəbinə qədər olan yolun təmir edilməsi, çay üzərində əlavə yeni körpünün salınması, kəndə internet şəbəkəsinin çəkilməsi, kəndin qazlaşdırılması, Xıçaso kəndində məktəb binasının tikilməsi barədə təkliflər  vermişlər.

İcra başçısı səmimi və işgüzar görüşdən məmnunluğunu bildirmiş, qaldırılan məsələlərin həlli ilə əlaqədar aidiyyəti üzrə tapşırıqlar vermişdir.

Son illər ölkəmizin hər yerində olduğu kimi rayonumuzda da xeyli abadlıq və quruculuq işlərinin aparıldığını diqqətə çatdıran icra başçısı bu istiqamətdə işlərin davamlı olacağını bildirmiş, bütün görülən işlərin əsasında Ulu Öndər Heydər Əliyevin siyasətinin dayandığını diqqətə çatdırmışdır. Bu siyasəti uğurla davam etdirən cənab Prezident İlham Əliyevin diqqət və qayğısı ilə 30 il əvvəlki dövrlə müqayisədə böyük inkişaf yolu keçərək bugünkü tərəqqiyə çatan respublikamız və rayonumuzda abadlıq-quruculuq işlərinin güclü iqtisadiyyatımızla bağlı olduğunu qeyd etmişdir. Bildirmişdir ki, vaxtilə yolu və işığı olmayan yaşayış məntəqələrinin bu problemləri həll olunmuş, rayonun ən ucqar kəndləri olan Hamoşam, Toradi, Sım, Pəlikəş kəndlərinə asfalt yollar çəkilmiş, müasir tipli yeni məktəb binaları, səhiyyə müəssisələri tikilərək əhalinin istifadəsinə verilmişdir.

İcra başçısı qeyd etmişdir ki, ölkə Prezidenti cənab İlham Əliyevin siyasi, diplomatik gedişləri ilə beynəlxalq aləmdə gündən-günə nüfuzu artan Azərbaycan nəhayət ki, ən böyük problemi olan Qarabağ problemini həll edə bildi. Müzəffər Ali Baş Komandanın rəhbərliyi, qəhrəman əsgərlərimizin fədakarlığı ilə uzun illər işğalda olan torpaqlarımız azad edildi. İndi Azərbaycanın şanlı Bayrağının dalğalandığı həmin torpaqlarda sürətli tikinti-quruculuq işləri aparılır. Dağıdılmış infrastrukturun bərpası böyük vəsaitlər tələb edir. Amma güclü iqtisadi dayaqlara malik olan dövlətimiz bunun öhdəsindən gəlməyə qadirdir. Sizi əmin edirəm ki,  işğal dövründə düşmənin vəhşicəsinə taladığı, xarabalığa çevirdiyi cənnət Qarabağımız aparılan bərpa işləri ilə yenə də əvvəlki görkəmini alacaq və doğma sakinləri ilə xoşbəxt dövrünü yaşayacaq.

Quruculuq işlərinin yalnız işğaldan azad edilən torpaqlarda aparılmadığını, ölkənin bütün regionlarında, o cümlədən, rayonumuzda da böyük layihələrin həyata keçirildiyini qeyd edən icra başçısı öhdəmizə düşən əsas vəzifənin ölkədəki əmin-amanlığı qorumaq və cənab Prezidentin ətrafında birləşərək gördüyü bütün işlərə yaxından dəstək olmaqdan ibarətdir.

Keçidlər