Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 025-22) 5-13-94

Sərək kəndində səyyar qəbul və görüş

10 noyabr 2022 | 11:56

Rayon icra hakimiyyətinin başçısı Qəzənfər Ağayevin Şuvi kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinə daxil olan Sərək kəndində keçirdiyi səyyar qəbul və görüşdə rayonun inzibati orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri iştirak etmişlər.

İcra başçısı kənd sakinlərini salamlayaraq Sərək kəndində əvvəllər keçirilən görüşlərin səmərəli olduğunu, sakinlər tərəfindən qaldırılan problemlərin həlli istiqamətində görülən tədbirlərlə xeyli abadlıq işləri aparıldığını diqqətə çatdırmışdır. Bildirmişdir ki, elektrik xətt təsərrüfatında, Ərçivan-Şuvi avtomobil yolunda təmir işləri aparılmışdır. Kəndin qaz təchizatı yaxşılaşdırılmış, hazırda nümayəndəliyin Səlivə və Deqədi kəndlərində də yeni çəkilən təbii qaz xətləri başa çatmaq üzrədir.

Bizi narahat edən əsas problemlərdən biri də Sərək kənd tam orta məktəbi üçün yeni binanın tikintisidir ki, bu da layihələndirilib. Yaxın vaxtlarda burada müasir layihə üzrə yeni məktəb binasının tikintisinə başlanılacaq. Yəqin gələn dərs ilində istifadəyə veriləcək yeni binanın açılışını sizinlə birgə qeyd edəcəyik.   

Kənd sakinləri çıxış edərək Respublikanın hər yerində geniş vüsət alan tikinti-quruculuq və abadlıq işlərindən danışaraq əhalinin rifah halının yaxşılaşdırılmasından ötrü göstərdiyi diqqət və qayğıya görə Prezident cənab İlham Əliyevə minnətdarlıqlarını bildirmişlər. Rayon rəhbərliyinin köməkliyi ilə qaldırılan problemlərin vaxtında öz həllini tapmasından razılıqla danışmışlar. Sakinlər görülən işlərlə yanaşı Sərək kənd tam orta məktəbi üçün yeni binanın tikintisi, məktəbə odun yanacağının verilməsi, məhəllədə yeni transformatorun qoyulması, kənddə tibb məntəqəsinin açılması barədə təkliflərini vermişlər.

İcra başçısı vətəndaşlar tərəfindən verilən təkliflərə münasibət bildirmiş, həlli barədə aidiyyəti üzrə tapşırıqlar vermişdir.

Ulu öndər Heydər Əliyevin uzaqgörən siyasətinin davamçısı Azərbaycan Respublikasının Prezidenti möhtərəm cənab İlham Əliyevin müdrik rəhbərliyi ilə ölkəmizdə ayrı-ayrı sahələrdə qazanılan nailiyyətlər barədə görüş iştirakçılarını məlumatlandırmışdır. Rayonumuzda aparılan geniş abadlıq və quruculuq işləri, həmçinin cənab Prezidentin tövsiyəsi və tapşırığına uyğun olaraq aqrar sahənin inkişafı istiqamətində rayonda həyata keçirilən səmərəli işləri diqqətə çatdırmışdır.

İcra başçısı son illər nümayəndəliyin ərazisində torpaqlardan səmərəli istifadə edilməsinə diqqətin artdığını razılıqla qeyd etmişdir. Cənab Prezidentin çayçılıq, sitrusçuluq və çəltikçiliyin inkişaf etdirilməsi ilə bağlı imzaladığı sərəncamdan sonra yüz hektarlarla kənd təsərrüfatına yararlı torpaq sahəsi əkin dövriyyəsinə qaytarılmaqla uğurlu nəticələrə nail olunmuşdur. Hazırda Səlivə kəndində böyük bir ərazidə, təqribən 150 hektarda yeni innovativ üsullarla aqrar bağ salınır. Burada rayon üçün yeni olan meyvələr yetişdiriləcək. Həmçinin xeyli kənd sakini üçün yeni iş yerləri açılacaqdır.    

İcra başçısı hazırda Respublikada və rayonda böyük layihələrin həyata keçirildiyini bildirmişdir. Ölkəmizin uğurlu inkişafı bizi sevindirdiyi kimi, düşmənlərimizi çox narahat edir. Bəzi üzdə özünü dost göstərən qonşu dövlətlərin əslində, ölkəmizin əleyhinə iş çevirdiklərini gördükcə məyus oluruq. Ona görə də bu dönəmdə daha çox ayıq-sayıq olmalı, insanlarımızı, xüsusən gəncləri din pərdəsi altında əks-təbliğatla zəhərləmək istəyən bədniyyətli insanları yaxına buraxmamalıyıq. 

Həmişə olduğundan daha artıq ölkə rəhbəri ətrafında sıx birləşməli, ölkəmizdə bərqərar olan əmin-amanlığı, sabitliyi qorumaq, bu günkü inkişafa töhfəmizi verməkdən ötrü bütün qüvvələrimizi birləşdirməliyik. 

Keçidlər