Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 025-22) 5-13-94

Şəvqo kəndində səyyar qəbul və görüş

10 iyul 2025 | 17:42

Astara Rayon İcra Hakimiyyətinin başçısı Qəzənfər Ağayev Pəlikəş inzibati ərazi dairəsi üzə nümayəndəliyinin ucqar dağ kəndlərindən olan Şəvqo kəndində əhali ilə səyyar qəbul və görüş keçirtmişdir. Görüşdə rayonun idarə və müəssisələrinin rəhbərləri iştirak etmişlər.

İcra başçısı bildirmişdir ki, mürəkkəb relyefə malik bu kəndə ilk dəfə əhali ilə görüşə gələndə nə avtomobil yolu, nə işıq, nə də şagirdlərin təhsil alması üçün normal məktəb var idi. Ötən müddət ərzində böyük çətinliklə də olsa, bu problemlər birgə səylərimizlə həllini tapmışdır. Hazırda yüksək sürətli internet şəbəkəsi də çəkilib başa çatdırılmaq üzrədir. İndi buraya ilin bütün fəsillərində avtomobillə gəlmək imkanımız var. Bu kəndlə yanaşı qonşu Dolu, Diqo, Avyarud, Sibiyyət kəndlərinə də avtomobil yolu və elektrik xətləri çəkilərək əhalinin istifadəsinə verilmişdir. Üç kənddə ibtidai məktəblər üçün modul tipli binalar quraşdırılmışdır. İbtidai təhsili başa vurandan sonra şagirdlərin təhsillərini davam etdirməsi üçün Pəlikəş kənd tam orta məktəbinə gediş-gəlişi məqsədilə avtomobillərin ayrılması isə önəmli məsələlərdən biridir. Bununla şagirdlərin dərsə davamiyyət problemi həll olunmaqla, həm də bir neçə iş yeri yaranmışdır.  

Uzun illər mövcud olan bu problemlərin həlli bizi çox sevindirir. Yol çəkilişindən sonra abadlıq işləri genişlənmiş, kəndlərdə müasir tipli evlər inşa edilmişdir. Bu səfalı yerləri görmək üçün gələn turistlərin sayı da xeyli çoxalmışdır. Quruculuq-abadlıq işləri artdıqca bu daha da geniş vüsət alacaqdır. Qüdrətli dövlətimizin inkişafı və vaxtilə həlli imkansız görünən problemlərin bu gün həllini tapması səfalı dağlar qoynunda hələ çox işlərin görüləcəyinə bizi ümidləndirir. Əlbəttə bütün görülən işlər cənab Prezidentin diqqət və qayğısı, sərəncamları ilə ayrılan vəsait hesabına görülüb başa çatdırılmışdır.      

İcra başçısı rayonumuzun davamlı inkişafından danışmış, aparılan quruculuq işlərinin əhalinin rahat yaşamasının təmininə xidmət etdiyini bildirmişdir. Rayonun səfalı, mənzərəli kəndlərindən olan Şəvqo kəndinin turizm potensialını nəzərə alaraq inkişafı, sakinlərin problemlərinin həlli üçün bundan sonra da tədbirlərin görüləcəyini görüş iştirakçılarının diqqətinə çatdırmışdır.

Kənd sakinləri çıxış edərək cənab Prezidentin rəhbərliyi ilə ölkəmizdə və rayonumuzda geniş vüsət alan quruculuq-abadlıq işlərindən sevinclə danışmışlar. Ucqar ərazidə, mürəkkəb relyefdə yaşadıqlarına görə uzun illər yol, işıq, məktəbin olmamasından çox əziyyət çəkdiklərini qeyd etmiş, bu  problemlərin həllinə görə ölkə rəhbərinə sonsuz minnətdarlıq etmişlər. 

Görüş iştirakçıları görülən işlərlə yanaşı Şəvqo kəndində çay üzərində avtomobil körpüsünün qoyulmasına, Şəvqo-Avyarud yolunun təmir edilməsinə, əlavə elektrik dirəklərinin verilməsinə, kənd yolunun genişləndirilməsinə və təmir edilməsinə köməklik göstərilməsini xahiş etmişlər.

İcra başçısı vətəndaşlar tərəfindən qaldırılan müəyyən problemlərin həlli barədə aidiyyəti üzrə tapşırıqlar vermiş, digər məsələlərin aktuallığını önə çəkərək həlli üçün tədbirlər görüləcəyini bildirmişdir.  

Keçidlər