Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 025-22) 5-13-94

Sım kəndində səyyar qəbul və görüş

27 may 2025 | 09:23

Rayon icra hakimiyyətinin başçısı Qəzənfər Ağayev növbəti səyyar qəbul-görüşü Pəlikəş kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin Sım kəndində keçirtmişdir.  Görüşdə rayonun hüquq-mühafizə orqanlarının, idarə və müəssisələrinin rəhbərləri iştirak etmişlər.

İcra başçısı bildirmişdir ki, Sım kəndində dəfələrlə görüşlərimiz olmuşdur. Hər gəlişimizdə bir yeniliyin şahidi oluruq. Bu gəlişimizdə də kəndin avtomobil yolunun rahatlığı bizi sevindirdi. Əvvəllər rayon mərkəzindən təqribən 30 km aralıda yerləşən bu kəndə gəlmək üçün demək olar ki, bir gün bəs eləmirdi. Qış fəslində isə ümumiyyətlə gəlmək mümkün deyildi. Əvvəllər nümayəndəliyin Diqo, Avyarud, Dolu, Şəvqo kəndlərində nə yol, nə də işıq yox idi. Sakinlər xəstələrini müalicə ocaqlarına çatdırmaq üçün daha çox əziyyət çəkirdilər. Şagirdlər köhnə, binalarda, darısqal sinif otaqlarında şəraitsiz şəkildə dərs keçirdilər. Bu kimi problemlərin mövcudluğu gənclərimizi kəndləri tərk etmək məcburiyyətində qoyurdu. Amma çox keçmədi ki, bütün bu problemlər həllini tapdı. Qüdrətli dövlətimizin qayğısı ilə bütün bu kəndlərə rahat avtomobil yolları çəkilib, müasir məktəb binaları tikilib, yeni elektrik xətt təsərrüfatları yaradılıb. Bütün bunlar və yol boyu salınan istirahət yerləri, turizm obyektləri inkişafın, müasirliyin bariz nümunəsidir. İndi bütün dağ kəndlərimizə çox qısa bir vaxtda ən müasir avtomobillərlə gəlmək mümkündür.  

 Sım kəndi rayonumuzun ən səfalı yerlərindən biridir. Ona görə də rayonumuza gələn turistlərin doxsan faizi bu mənzərələri görmək üçün Sım və qonşu kəndlərə gəlirlər. Yaşıl dağ yamacları, sərin bulaqlar, şəlalələr və digər təbiət abidələri çox cəlbedicidir.  

Dürriyə-Şümrüd avtomobil yolu salındıqdan sonra hazırda Şümrüd kəndində müasir tipli məktəbin tikintisi davam edir. Bütün kəndlərə internet xətti çəkilib, elektrik xətt təsərrüfatında təmir işləri isə davam edir. 

Görülən işlərin cənab Prezidentin rəhbərliyi ilə Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramının uğurlu icrasının nəticəsi olduğunu qeyd edən icra başçısı iqtisadi gücü gündən-günə artan dövlətimiz üçün həlli mümkünsüz problemin olmadığını vurğulamışdır. Böyük inkişaf və tərəqqi yolunda olan müstəqil Azərbaycanımızın Ulu Öndər Heydər Əliyevin müdrikliklə müəyyən etdiyi möhkəm təməl üzərində qurulduğunu bildirmiş, bu siyasətin layiqli davamçısı möhtərəm Prezidentimiz cənab İlham Əliyev tərəfindən suveren dövlətimizin inkişafı və vətəndaşların firavan yaşaması üçün əlindən gələni etdiyini diqqətə çatdırmışdır.  

 Görüş iştirakçıları rayon mərkəzindən xeyli aralı, dağlıq ərazidə yerləşən kəndlərdə görülən abadlıq-quruculuq işlərinin dövlətin öz vətəndaşlarına böyük diqqət və qayğısının təzahürü kimi qiymətləndirmiş, bu qayğıya görə ölkə rəhbəri möhtərəm cənab İlham Əliyevə minnətdarlıq etmişlər. Çıxış edənlər Sım kəndinə qaz xəttinin çəkilməsinə, Pəlikəş-Sım yolunun 80 metr hissəsinin təmir edilməsinə, sərhəd zastavasına gedən elektrik xətlərinin və dirəklərinin yenilənməsinə, Ambuhuni yaşayış məhəlləsinə avtomobil yolunun çəkilməsinə, odun yanacağının əhaliyə  münasib qiymətlə satışının təşkil edilməsinə köməklik göstərilməsini xahiş etmişlər.

İcra başçısı sakinləri dinləyərək qaldırdıqları problemlərin həlli barədə aidiyyəti üzrə tapşırıqlar vermişdir.

Keçidlər