Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 025-22) 5-13-94

Siyaku kəndində səyyar qəbul görüş

30 yanvar 2023 | 16:13

Astara Rayon İcra Hakimiyyətinin başçısı Qəzənfər Ağayev Siyaku kəndində əhali ilə səyyar qəbul və görüş keçirmişdir. Görüşdə rayonun hüquq mühafizə orqanlarının, xidmət təşkilatlarının rəhbərləri iştirak etmişlər.

İcra başçısı kənd sakinlərini salamlayaraq ötən il inzibati ərazi dairəsi üzrə nümayəndəliyin bir neçə kəndində sakinlərlə görüşdüyünü, əhali tərəfindən verilən təkliflərin müzakirə edilərək qaldırılan problemlərin həllinə köməklik göstərildiyini bildirmişdir.

Qeyd etmişdir ki, son illər nümayəndəliyin ərazisində böyük işlər görülmüş, ərazidə yerləşən bütün məktəblər üçün müasir tipli yeni binalar tikilmiş, əsas kəndarası avtomobil yolları asfaltlaşdırılmış, bir neçə kənd qazlaşdırılmış, elektrik xətt təsərrüfatında vaxtaşırı təmir işləri aparılmış və digər abadlıq işləri görülmüşdür.

Bu gün nümayəndəliyin ən böyük yaşayış məntəqəsində keçirilən görüşdə də verəcəyiniz təkliflər və problemlər tərəfimizdən dinlənilərək dəyərləndiriləcəkdir.

Kənd sakinləri çıxış edərək Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin uzaqgörən siyasətini ürəkdən bəyəndiklərini qeyd etmişlər. Müzəffər Ali Baş Komandanın yüksək sərkərdəlik bacarığı sayəsində Vətən müharibəsində bənzəri olmayan qələbə qazandıq. Müharibənin gedişində bəzi xarici jurnalistlərin məkrli suallarına ölkə başçısının müdrik cavablarından qürur duyduqlarını, İlham Əliyev kimi siyasi rəhbərlə fəxr etdiklərini bildirmişlər. Cənab Prezidentin yüksək diqqət və qayğısı nəticəsində kənddə sosial problemlərin həlli ilə yaranan rahatlığa görə ölkə başçısına hədsiz minnətdarlıq edən sakinlər yeni inşa edilmiş evlərə təbii qazın verilməsi, Siyaku kəndinə qəsəbə statusunun verilməsi, Giləşə kəndində əlavə tranformatorun qoyulması barədə təkliflərini vermişlər.

Rayon icra hakimiyyətinin başçısı Qəzənfər Ağayev qaldırılan məsələlərin həllindən ötrü aidiyyəti üzrə tapşırıqlarını vermişdir.

Ölkə Prezidenti möhtərəm cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə, o cümlədən, rayonumuzda aparılan geniş abadlıq və quruculuq işləri, mühüm layihələr barədə məlumat vermiş, ölkəmizin bütün istiqamətlərdə uğurla inkişaf etdiyini diqqətə çatdırmışdır. Son 20 ildə Azərbaycanın sürətlə inkişaf edərək bu günkü yüksək tərəqqiyə çatmasını  ulu öndər Heydər Əliyevin müəyyən etdiyi siyasətin nəticəsi olduğunu bildirmiş, bütün görülən işlərin cənab Prezidentin rəhbərliyi altında həyata keçirildiyini vurğulamışdır.

Natiq qeyd etmişdir ki, fəxr etməliyik bizim İlham Əliyev kimi  müdrik Prezidentimiz, qalib Sərkərdəmiz var. Ali Baş Komandanın rəhbərliyi ilə Müzəffər Ordumuz, qəhrəman əsgər və zabitlərimiz qanı, canı bahasına Vətən müharibəsini zəfərlə başa çatdıraraq xalqımıza qələbə sevincini yaşatdı. Erməni işğalına birdəfəlik son qoyuldu. Mənfur düşmən xalqımızın birliyinin simvolu olan dəmir yumruq zərbəsi ilə elə bir məğlubiyyətə düçar oldu ki, hələ uzun illər özünə gəlməyəcək. Təəssüflər olsun ki, müharibə itkisiz olmur. Bizim də bu müharibədə şəhidlərimiz, yaralılarımız oldu. Şəhidlərimizə Allahdan rəhmət, yaralılarımıza tezliklə sağlamlıqlarına qovuşmağı arzulayıram.

Qələbəmizi həzm edə bilməyən üzdəniraq qonşularımız, fars-molla rejimi erməni terrorçuları ilə işbirliyi quraraq dövlətimizə qarşı məkrli planlar qurmaqda davam edirlər. Biz hər zaman ayıq olmalı, hiyləgər düşmənin rəzil olması üçün bütün varlığımızla çalışmalı, uzaqgörən siyasəti ilə dünyanı heyran qoyan qalib Prezidentimiz ətrafında həmişəkindən daha sıx birləşməklə, xalqımızın birliyini bir daha dünyaya nümayiş etdirməliyik.

Keçidlər