Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 025-22) 5-13-94

Şiyəkəran kəndində səyyar qəbul və görüş

16 iyun 2022 | 18:18

Rayon icra hakimiyyətinin başçısı Qəzənfər Ağayev əhali ilə növbəti görüşünü Şiyəkəran kəndində keçirmişdir. Görüşdə rayonun inzibati orqanlarının, idarə və müəssisələrin rəhbərləri iştirak etmişlər.

İcra başçısı pandemiyaya görə müəyyən müddət səyyar qəbulların təxirə salındığını, dövlətimizin gördüyü təxirəsalınmaz tədbirlər nəticəsində normal həyata qayıtmaqla əlaqədar səyyar qəbulların da bərpa olunduğunu bildirmişdir. Qeyd etmişdir ki, əvvəllər keçirdiyimiz görüşlər həmişə işgüzar olmuş, tərəfinizdən qaldırılan problemlərin, verilən təkliflərin böyük əksəriyyəti həllini tapmışdır.  

Çıxış edənlər rayon icra hakimiyyəti başçısının pandemiyadan sonra yenidən rayonun idarə, müəssisə rəhbərləri ilə onların görüşünə gəlməsini, söylənən problem və təkliflərə həssaslıqla yanaşaraq həllinə tapşırıqlar verməsini dövlətin vətəndaşlarına olan diqqət və qayğısı kimi dəyərləndirmişlər. Sakinlər Respublikada mühüm əhəmiyyət kəsb edən, ölkəmizin inkişafına, tərəqqisinə və insanların həyat səviyyəsinin yüksəldilməsinə istiqamətlənən çoxsaylı dövlət tədbirlərinin həyata keçirilməsindən məmnunluq duyduqlarını, cənab Prezidentin əhalinin sosial vəziyyətinin yaxşılaşdırılması ilə əlaqədar həyata keçirdiyi tədbirlərdən razılıqla danışaraq, bu diqqət və qayğıya görə ölkə rəhbərinə hədsiz minnətdarlıqlarını bildirmişlər. Çıxış edənlər bununla yanaşı Pensərçay üzərində olan körpünün əsaslı təmiri, elektrik naqillərinin SİP kabellə əvəz edilməsi, Şiyəkəran kənd 2 saylı tam orta məktəbin əsaslı təmiri, kənd ara yollarının təmirinə köməklik göstərilməsi barədə təkliflər irəli sürmüşlər.

Səyyar qəbul-görüşdə sakinlərin arzu və təklifləri dinlənilmiş, irəli sürdükləri məsələlərin həlli ilə əlaqədar müzakirələr aparılaraq  tədbirlər müəyyənləşdirilmişdir.

İcra başçısı ulu öndər Heydər Əliyevin bizə yadigar qoyduğu müstəqil Azərbaycanımızın cənab Prezident İlham Əliyevin məqsədyönlü siyasəti ilə durmadan inkişaf etdiyini, bütün sahələrdə uğurlar qazanıldığını bildirmişdir.  Erməni işğalçılarını ağır məğlubiyyətə məruz qoyaraq qısa müddətdə torpaqlarımızın işğaldan azad edilməsini bunun bariz nümunəsi olduğunu diqqətə çatdırmışdır. Qeyd etmişdir ki, böyük iqtisadi gücə malik olan dövlətimizin qüdrətinin nəticəsidir ki, hazırda şanlı Azərbaycan bayrağının əzəmətlə dalğalandığı Qarabağımızda-düşmənin vəhşicəsinə taladığı, xarabalığa çevirdiyi doğma torpaqlarımızda sürətli quruculuq bərpa işlərinə başlanıbdır.  Tezliklə xalqımız böyük qayıdışın sevincini yaşayacaq.   

Əvvəlki qəbullarda verdiyiniz təkliflərə əsasən qəbiristanlıq yolundakı qəzalı vəziyyətdə olan körpü yenisi ilə əvəz olunmuş, məktəbə gedən yola asfalt döşənmişdir. Bu gün burada qaldırılan problemləri də bilirəm. Əsas  kəndi iki hissəyə ayıran çay üzərində körpünün, Şiyəkəran kənd 1 saylı tam orta məktəbin və mərkəzi yolun əsaslı təmiridir. Biz bu istiqamətdə müəyyən işlər görsək də, bu problemlərin tam həlli rayonun imkanları xaricində olduğundan aidiyyəti təşkilatlara müraciət etmişik. Belə ki, Şahağacı-Pensər yolunun əsaslı təmiri Dövlət Proqramına salınmış, digər məsələlər də tədricən həllini tapacaqdır.

Əsas odur ki, ölkəmizdə əmin-amanlıqdır, sabitlikdir, insanlar rifah içində yaşayırlar. Biz də bu əmin-amanlığı qorumalı, ölkə rəhbəri ətrafında hər zaman sıx birləşərək gördüyü möhtəşəm işlərdə cənab Prezidentimizə dəstək olmalıyıq.

Keçidlər