Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 025-22) 8-13-94

Şümrüd kəndində səyyar qəbul və görüş

26 may 2026 | 16:16

Rayon icra hakimiyyətinin başçısı Qəzənfər Ağayev Pəlikəş kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin Şümrüd kəndində növbəti səyyar qəbul-görüş keçirmişdir.  

İcra başçısı bildirmişdir ki, üç il əvvəl bu kəndə gəlmək üçün xüsusi texnikalardan istifadə edirdik. O da ancaq ilin yay fəslində. Yollar bərbad və təhlükəli idi. Ölkə Prezidenti möhtərəm cənab İlham Əliyevin Sərəncamı ilə ayrılan vəsait hesabına Dürriyə-Şümrüd avtomobil yolunun əsaslı təmirindən sonra bu kəndlərin inkişafı üçün böyük imkanlar yarandı. Əhali sanki azadlığa çıxdı. Bu gün görüşə toplaşdığımız, Heydər Əliyev Fondu tərəfindən inşa olunan bu möhtəşəm dörd mərtəbəli məktəb binasının tikintisi də yol salınandan sonra başlandı. Hazırda tikintidə son tamamlanma işləri gedir. Yeni dərs ilində açılışını sizinlə birlikdə edərək müəllim və şagirdlərin istifadəsinə verəcəyik. Əvvəllər görüşlərimizi çöl şəraitində keçirmək məcburiyyətində qalırdıq. Şagirdlər xeyli uzaq məsafədə yerləşən qonşu kəndlərin məktəblərinə gedirdilər. Bu onların təhsilinə də mənfi təsir göstərirdi. İnanıram ki, belə gözəl məktəbdə müəllimlər də həvəslə işləyəcək, şagirdlərin müvəffəqiyyəti də əhəmiyyətli dərəcədə yaxşılaşacaq. Belə dağlıq ərazidə yerləşən ucqar bir kənddə bu cür məktəb binasının tikilməsi ölkəmizin sürətli inkişafının və ölkə baqşçısının vətəndaşlarına diqqət və qayğısının nəticəsidir. Məktəbdən başqa torpaq sürüşməsi nəticəsində evləri qəzalı vəziyyətə düşmüş kəndin 18 ailəsi üçün yeni fərdi yaşayış evləri tikilmiş, elektrik xətt təsərrüfütında müəyyən təmir işləri aparılmış, sürətli internet şəbəkəsi çəkilmişdir. Bu gün kənd sakinləri sevinc içindədirlər. Çünki illərdir hamımızı düşündürən və narahat edən əsas sosial problemlər həllini tapır.

İcra başçısı son illər nümayəndəliyin digər yaşayış məntəqələrində də çox böyük işlərin görüldüyünü bildirmişdir. Asfalt yollar və körpülərin salındığını, heç vaxt işığı və yolu olmayan kəndlərə geniş yollar və elektrik xətlərinin çəkildiyini, yeni məktəb binalarının inşa edildiyini diqqətə çatdırmış, bu görülən işlərdən sonra səfalı dağlarımıza turist axınının daha da artdığını bildirmişdir.

Bütün görülən işlərin Ulu Öndər Heydər Əliyevin müdrikliklə müəyyən etdiyi siyasətin nəticəsi olduğunu bildirən icra başçısı bu siyasətin uğurlu davamçısı möhtərəm Prezidentimiz cənab İlham Əliyevin ölkəmizin inkişafı, vətəndaşların firavan yaşaması üçün əlindən gələni etdiyini diqqətə çatdırmışdır. İcra başçısı hazırda ölkədə həyata keçirilən qlobal layihələr, işğaldan azad edilən ərazilərdə aparılan sürətli tikinti-quruculuq işləri, əhalinin doğma yurdlarına qayıdaraq məskunlaşmasından söhbət açaraq iştirakçıları məlumatlandırmış, bütün bunlara görə cənab Prezident İlham Əliyevə minnətdarlığını bildirmişdir.  

Görüş iştirakçıları rayon mərkəzindən xeyli uzaqda, dağlıq ərazidə yerləşən Şümrüd kəndində görülən abadlıq, quruculuq işlərinin dövlətin vətəndaşlarına böyük diqqət və qayğısının təzahürü kimi qiymətləndirmiş, bu yüksək qayğıya görə ölkə rəhbəri möhtərəm cənab İlham Əliyevə dərin hörmət və ehtiramlarını bildirmişlər. Çıxış edənlər yeni tikilən məktəbdə seçki məntəqəsi üçün otağın ayrılmasına, kənddə tibb məntəqəsi üçün binanın tikilməsinə və Dürriyə-Şümrüd avtomobil yolunun asfaltlaşdırılmasına köməklik göstərilməsini xahiş etmişlər.

İcra başçısı sakinləri dinləyərək qaldırılan məsələlərin həlli ilə əlaqədar aidiyyəti üzrə tapşırıqlar vermişdir. 

Sonra icra başçısı yeni məktəb binasında aparılan tikinti işləri ilə tanış olmuş, tövsiyələrini vermişdir.

Keçidlər