Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 025-22) 5-13-94

“Şuşa İli” ilə əlaqədar tədbir keçirilib

21 dekabr 2022 | 17:11

Astara rayonunda “Şuşa İli” ilə bağlı keçirilən ümumrayon tədbirində rayon icra hakimiyyətinin rəsmiləri, idarə, müəssisə, təşkilatların kollektivləri, qazilər, müharibə iştirakçıları, tələbə gənclər, ictimaiyyət nümayəndələri iştirak etmişlər.

Tədbir iştirakçıları əvvəlcə məktəblilərin “Şuşa ili”nə həsr olunmuş rəsm əsərlərindən ibarət rəsm sərgisi ilə tanış olmuş, Şuşa zəfərindən bəhs edən sənədli film izləmişlər.

Azərbaycan Respublikasının Dövlət Himninin sələndirilməsi ilə başlanan tədbirdə ölkəmizin ərazi bütövlüyü uğrunda canından keçmiş qəhrəman vətən oğullarının xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.

Rayon icra hakimiyyəti başçısının müavini, İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Firəngiz Sadıxova çıxış edərək bildirmişdir ki, ölkə Prezidenti möhtərəm cənab İlham Əliyevin Sərəncamı ilə 2022-ci ilin Azərbaycanda “Şuşa İli” elan olunmuş, bununla bağlı il boyu rayonumuzun idarə, müəssisə və təşkilatlarında, mədəni-maarif müəssisələrində müxtəlif məzmunlu tədbirlər keçirilmişdir. Bu gün isə bu tədbirlərin yekunu olaraq ümumrayon tədbirinə yığışmışıq.  

Müzəffər Ali Baş Komandanımız cənab  İlham Əliyevin rəhbərliyi ilə  Rəşadətli Azərbaycan Ordusu Şuşa şəhərini 2020-ci il noyabrın 8-də işğaldan azad etməklə, xalqımıza böyük qələbənin sevincini yaşatdı. Ermənistanın kapitulyasiyasına yol açan Şuşa qalibiyyəti xalqımızın qəhrəmanlıq ruhunun təntənəsinə çevrilərək, tariximizə Zəfər Günü kimi həkk olundu. Cənab Prezidentin Sərəncamları ilə aparılan sürətli quruculuq-abadlıq işləri işğaldan azad olunan bütün şəhər və kəndlərimiz kimi, Azərbaycanın mədəniyyət paytaxtı, musiqi beşiyi olan Şuşa şəhərini də gözəl, abad bir məkana çevirməkdədir.

Vətən Müharibəsinin iştirakçısı Abbas İbrahimli də çıxışında keçdiyi döyüş yolundan, qələbə sevincindən və bu yaxınlarda abad Şuşaya olan səfərindən danışmışdır.

Tədbir rayon mədəniyyət mərkəzinin özfəaliyyət kollektivi üzvlərinin ifalarında konsert proqramı ilə davam etmişdir.

Keçidlər