Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 025-22) 8-13-94

Toradi kəndində səyyar qəbul və görüş

07 aprel 2026 | 15:08

Rayon icra hakimiyyətinin başçısı Qəzənfər Ağayevin Hamoşam kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin Toradi kəndində keçirtdiyi səyyar qəbul-görüşdə rayonun hüquq-mühafizə orqanlarının, idarə və müəssisələrinin rəhbərləri iştirak etmişlər.

İcra başçısı bildirmişdir ki, Toradi kəndi rayonumuzun ən ucqar yaşayış məntəsi olsa da, ildə ən azı bir dəfə əhali ilə görüşə gəlirik. Bu da ümumi işimizin xeyrinədir. Son illər nümayəndəliyin ərazisində çox önəmli işlər görülmüş, əsas problemlərin həllinə nail olmuşuq. Əhalini ən çox narahat edən məsələlərdən biri Taxtanakəran-Toradi avtomobil yolunun asfaltlaşdırılması idi ki, cənab Prezidentin imzaladığı Sərəncamla ayrılan vəsait hesabına bu məsələ həllini tapmışdır. Yolun çəkilməsi ilə bu istiqamətdə yerləşən kəndlərin inkişafının təməli qoyuldu. Yeni müasir tipli məktəblər inşa edildi, elektrik xətt təsərrüfatı yeniləndi, kəndarası avtomobil yollarının təmiri, kiçik sahibkarlığın, turizm sektorunun inkişafı üçün imkanlar açıldı, genişzolaqlı internet şəbəkəsi yaradıldı. Ötən görüşümüzdə kənddəki asfalt yolun qurtaracağından ziyarətgaha qədər olan, təqribən 500 metrlik yolun asfaltlaşdırılması barədə təklifinizə əsasən bu yol asfaltlaşdırılaraq istifadənizə verilmişdir.

Dağ kəndlərimiz olduqca mənzərəli, səfalıdır. Turistlərin daha çox maraq göstərdiyi yerlərdir. Bütün bunları nəzərə alaraq Pensər-Hamoşam yolunun alternativi sayıla biləcək, iki nümayəndəliyi birləşdirən Dolu kəndindən Reqloba kəndinə, Diqoli yaşayış massivinə və yaylaqlara gedən avtomobil yollarının çəkilməsinə də nail olduq. İndi rayona gələn turist və qonaqlar rahatlıqla bu yerləri gəzib istirahət edə bilirlər. Turist axını ərazinin inkişafı və yerli sakinlərin dolanışığı üçün çox önəmlidir.

Azərbaycanımızın ən ucqar kəndlərində bu cür inkişafın olması dövlətimizin güclü iqtisadi dayaqlara malik olmasının nəticəsidir. Ölkəmiz durmadan inkişaf edir. Əsas diqqətin erməni işğalı nəticəsində tamamilə dağıdılmış Qarabağ və Şərqi Zəngəzurda infrastrukturun bərpasına yönəldilməsinə baxmayaraq, bölgələrimiz də öz tempi ilə inkişaf edir. Bütün bu işlər cənab Prezident İlham Əliyevin göstərişləri, diqqət və qayğısıyla həyata keçirilir. Buna görə Prezidentimizə sonsuz minnətdarlığımızı bildiririk.  

Sakinlər uzaq bir dağ kəndində əhalinin rahat yaşayışı üçün yaradılan yüksək şəraitə görə Prezident cənab İlham Əliyevə dərin hörmət və ehtiramlarını bildirmiş, vətəndaşların rifahı üçün həyata keçirdiyi tədbirləri ürəkdən bəyəndiklərini və hər zaman olduğu kimi bundan sonra da dəstəkləyəcəyini birmənalı şəkildə bildirmişlər.

Sakinlər Hamoşam kənd tam orta məktəbində dalandar işi ilə təmin olunmasına, məhəllə yolunun təmirinə, fərdi yaşayış evinə elektrik xəttinin çəkilməsinə, özünüməşğulluq proqramı çərçivəsində mal-qara verilməsinə, məişət tullantıları üçün konteyner qoyulmasına, ziyarətgaha gedən yolda qoyulan borunun körpü il əvəz olunmasına və Dost İş Mərkəzi tərəfindən sosial işçi kimi əmək müqaviləsinə xitam verildiyindən işinə bərpa edilməsinə köməklik göstərilməsini xahiş etmişlər.

İcra başçısı səmimi və işgüzar görüşdən məmnunluğunu bildirmiş, müraciətlərin həlli istiqamətində tədbirlərin görülməsi üçün aidiyyəti üzrə tapşırıqlar vermişdir.

Keçidlər