Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 025-22) 5-13-94

Tüləküvan kəndində səyyar qəbul və görüş

18 oktyabr 2024 | 17:30

Rayon icra hakimiyyətinin başçısı Qəzənfər Ağayevin Kijəbə qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyinə daxil olan Tüləküvan kəndində keçirtdiyi səyyar qəbul və görüşdə rayonun idarə, müəssisə və təşkilatlarının rəhbərləri iştirak etmişlər.

İcra başçısı qeyd etmişdir ki, Tüləküvan kəndində dəfələrlə görüşlərimiz olmuşdur. Bu görüşlər səmərəliliyi ilə fərqlənmiş, müəyyən problemlərin həlli ilə yadda qalmışdır. Ojakəran-Tüləküvan-Təngərüd dairəvi avtomobil yolu yenidən qurularaq asfaltlaşdırılmış, kəndarası yeni körpü salınmış, kəndə təbii qazın verilməsi təmin edilmiş, elektrik xətlərinin xeyli hissəsində kabelləşmə  aparılmış, Lovayın su anbarından qonşu Ojakəran kəndinə yeni suvarma su xətti çəkilmiş, su anbarı tikilmişdir. Bu su anbarından gələcəkdə qonşu kəndlərə, o cümlədən, Tüləküvan kəndinə də suvarma suyu veriləcəkdir. Görülən işlərlə yanaşı həllini gözləyən məsələlər də vardır. Bunlardan ən birincisi Tüləküvan kənd tam orta məktəbi üçün əlavə tədris korpusunun tikilməsi və elektrik xətt təsərrüfatında kabelləşmənin başa çatdırılmasıdır. Məktəb tikintisi barədə aidiyyəti üzrə məlumat verilmiş, yaxın gələcəkdə bu məsələ həllini tapacaqdır. Kabelləşmənin isə qısa müddətdə başa çatdırılması üçün tədbirlər görülməkdədir.

Hazırda respublikada və rayonda görülən əhəmiyyətli işləri sakinlərin nəzərinə çatdıran icra başçısı, bunların Ulu Öndər Heydər Əliyevin siyasətini uğurla davam etdirən möhtərəm Prezidentimiz cənab İlham Əliyevin apardığı məqsədyönlü siyasətinin nəticəsi olduğunu bildirmiş, bundan sonra da əhalinin rifah halının yaxşılaşdırılması istiqamətində tədbirlərin davam etdiriləcəyini əminliklə söyləmişdir. Rayonumuzda həyata keçirilən abadlıq və quruculuq işləri, xüsusən, ölkə başçısının tövsiyə və tapşırıqlarına uyğun olaraq aqrar sahənin inkişafı istiqamətində aparılan səmərəli işləri diqqətə çatdırmışdır. Kənd ərazisində olan torpaqların subtropik və sitrus bitkiçiliyi üçün olduqca əlverişli olduğunu vurğulayaraq boş qalan torpaqların əkilməsinin vacibliyini, bunun insanların ailə büdcəsinə böyük səmərə verəcəyini bildirmişdir.

İcra başçısı rayonumuzun sakinlərinin, o cümlədən, tüləküvanlıların vətənpərvər, dövlətə, dövlətçiliyə və Ulu Öndər Heydər Əliyev siyasətinə sadiq olduğunu vurğulayaraq Vətən müharibəsində bunun bir daha şahidi olduğunu bildirmişdir. Düşmənə qarşı fədakarlıqla döyüşən belə qəhrəman oğullarımızın şücaəti ilə erməni terrorçularının çox qısa müddətdə darmadağın edildiyini, antiterror tədbirlərində tamamilə təslim olduqlarını və nəticədə dövlət suverenliyimizin tam bərpa edildiyini  diqqətə çatdırmışdır. Hazırda işğaldan azad edilən Qarabağ və Şərqi Zəngəzurda aparılan abadlıq, quruculuq işləri ilə həyata keçirilən qlobal layihələr barədə görüş iştirakçılarını məlumatlandırmışdır.   

Kənd sakinləri ölkəmizin hər tərəfində, o cümlədən, rayonumuzda görülən işlərdən razılıqla danışaraq əhalinin sosial vəziyyətinin yaxşılaşdırılmasından ötrü göstərdiyi diqqət və qayğıya görə möhtərəm Prezident İlham Əliyevə minnətdarlıqlarını bildirmiş, rayon rəhbərliyinə səmimi görüşə və  qaldırılan məsələlərə həssaslıqla yanaşdığına görə təşəkkür etmişlər.  Sakinlər görülən işlərlə yanaşı Tüləküvan kənd tam orta məktəbi üçün yeni korpusun və idman zalının tikintisinə, kənddə qəzalı vəziyyətdə olan elektrik dirəklərinin dəyişdirilməsinə, sıradan çıxmış elektrik sayğacının təmirinə, SİP kabelləşmənin başa çatdırılmasına,  məhəllə yolunun asfaltlaşdırılmasına və yeni tikilmiş su anbarından kəndə suvarma su xəttinin çəkilməsinə köməklik göstərilməsini xahiş etmişlər.

İcra başçısı vətəndaşlar tərəfindən qaldırılan məsələlərə münasibət bildirmiş, həlli barədə aidiyyəti üzrə tapşırıqlar vermişdir.

 

Keçidlər