Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümündə Astarada körpələr evi-uşaq bağçaları təmirdən sonra istifadəyə verildi
10 may 2025 | 11:36
Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü ərəfəsində Astara şəhər 3 saylı körpələr evi-uşaq bağçası əsaslı, Təngərüd, Şahağac və Şiyəkəran kənd körpələr evi-uşaq bağçaları isə cari təmir edilərək istifadəyə verilmişdir.
Rayon icra hakimiyyətinin başçısı Qəzənfər Ağayev, Lənkəran-Astara Regional Təhsil İdarəsinin müdiri Bəhruz Mehdiyev və ictimaiyyətin nümayəndələri Astara şəhər 3 saylı körpələr evi-uşaq bağçasının əsaslı təmirindən sonra açılış mərasimində iştirak etmiş və yaradılmış şəraitlə tanış olmuşlar.
Tədbirdə iştirak edən valideynlər və körpələr bu dəqqət və qayğıya görə ölkə başçısı cənab İlham Əliyevə minnətdarlıq etmişlər.