Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 025-22) 5-13-94

Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 99-cu ildönümünə həsr olunmuş kross qaçışı üzrə məktəblilər arasında Astara rayon çempionatı keçirildi

07 may 2022 | 11:06

06 may 2022-ci il tarixində Astara Dənizkənarı Park Bulvar Kompleksində Astara Rayon İcra Hakimiyyəti, YAP Astara Rayon Təşkilatı, rayon Gənclər və İdman İdarəsi, rayon Təhsil şöbəsi ilə birgə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 99-cu ildönümünə həsr olunmuş kross qaçışı üzrə məktəblilər arasında Astara rayon çempionatı keçilmişdir.

Tədbirin açılış mərasimində çıxış edənlər yarışın məqsədinin görkəmli dövlət xadimi və Ümummilli Lider Heydər Əliyevin xatirəsinin yad edilməsi, yeniyetmə və gənclər arasında sağlam həyat tərzinin təbliği, idmançıların fiziki hazırlıq səviyyələrinin yüksəldilməsi, Atletika idman növünün kütləviliyinin inkişaf etdirilməsi, asudə vaxtın səmərəli təşkili olduğunu qeyd etmiş, ölkəmizdə idmana göstərilən diqqət və qayğıdan, sağlam həyat tərzinin gənclərin dövlətçilik məfkurəsinin yüksəldilməsində və vətənpərlik tərbiyəsindəki önəmindən, gənclərinin, idmançılarının qəhrəmanlıqlarından danışmış və yarışda idmançılara uğurlar arzulamışlar.

Yarışın qaydaları barədə idmançılara və nümayəndələrə geniş məlumat vermişlər və yarışlara start verilmişdir.

Yarışda 9 komanda- Astara şəhər 1, 2, 3, 4, 5, 6, 7 saylı, Suparıbağ və Şuvi kənd tam orta məktəblərin komandalarını təmsil edən 54 nəfər idmançı mübarizə aparmışdır. Yarışda 400 metr məsafəyə qaçışda qızlar və 800 metr məsafəyə qaçışda oğlanlar mübarizə aparmışlar.

400 metr məsafəyə qızlar arasında qaçışda I yeri Leyla Həsənli (Astara şəhər 1 saylı tam orta məktəb), II yeri Zeynəb Rzayeva (Astara şəhər 7 saylı tam orta məktəb), III yeri Dinarə Mahmudova (Şuvi kənd tam orta məktəb), 800 metr məsafəyə oğlanlar arasında qaçışda I yeri Rüfət Məmmədov (Astara şəhər 2 saylı tam orta məktəb ), II yeri Məhəmməd Məmmədov (Suparıbağ kənd tam orta məktəb), III yeri Ramazan Əlizadə (Astara şəhər 3 saylı tam orta məktəb) qazanmışlar.

Yekunda qaliblərin mükafatlandırma mərasimi keçirilmişdir. Fəxri yerləri qazanan idmançılar diplom, medal və hədiyyələr ilə təltif olunmuşlar. Ümummilli lider Heydər Əliyevin anadan olmasının 99-cu ildönümü ilə əlaqədar silsilə tədbirlər davam edir.

Keçidlər