Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 025-22) 5-13-94

Vaqadi kəndində səyyar qəbul və görüş

05 may 2023 | 17:43

Rayon icra hakimiyyətinin başçısı Qəzənfər Ağayev Siyaku kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyin Vaqadi kəndində əhali ilə növbəti görüşünü keçirmişdir. Görüşdə rayonun idarə və müəssisə rəhbərləri iştirak etmişlər.

Vaqadi kəndi nümayəndəliyin dağlıq ərazidə yerləşən yaşayış məntəqələrindən biri olmaqla burada yaşayan əhalinin əsas məşğuliyyəti sitrusçuluq, heyvandarlıq və arıçılıqdır.  

İcra başçısı əhalini salamlayaraq bildirmişdir ki, nümayəndəlik bir neçə kənddən ibarətdir. Bu kəndlərdə tez-tez görüşlərimiz olur. Vaqadi kəndində də bir neçə dəfə sizinlə görüşmüşük. Çalışıram ki, bütün kəndlərdə olum.

Ötən müddət ərzində ərazidə xeyli quruculuq və abadlıq işlərinin görüldüyünü, körpü salındığını, elektrik xətt təsərrüfatında təmir işlərinin aparıldığını, ən əsası ölkə Prezidentinin Sərəncamı ilə kənddən keçən Taxtanakəran-Miki avtomobil yolunun asfaltlaşdırılması ilə bu dağ kəndlərində yaşayan əhalinin həyat səviyyəsinin əhəmiyyətli dərəcədə yaxşılaşdığını qeyd etmişdir. Bildirmişdir ki, kənd olduqca mənzərəlidir. Burada yaşayan əhali də işgüzar, zəhmətkeşdir. Demək olar ki, hər kəs özünə təsərrüfat quraraq məşğulluğunu təmin edir. Bu bizi sevindirir. Belə də davam etmək lazımdır. Hər hansı problem olarsa həllinə birgə çalışarıq.

Sakinlər əmin-amanlığın hökm sürdüyü belə gözəl, abad bir ölkədə yaşadıqlarına görə xoşbəxt olduqlarını bildirmişlər. Respublikada və rayonda həyata keçirilən yeni layihələr, aparılan quruculuq, abadlıq işləri nəticəsində yaşayış səviyyələrinin gündən-günə yaxşılaşdığını qeyd edərək bu diqqət və qayğıya görə ölkə Prezidenti cənab İlham Əliyevə minnətdarlıqlarını bildirmişlər. Kəndin qazlaşdırılmasına, telefon xətti və internet şəbəkəsinin çəkilməsinə, qəzalı vəziyyətdə olan elektrik dirəklərinin dəyişdirilməsinə və kənd yolunun təmirinə köməklik göstərilməsini xahiş etmişlər.

Vətəndaşların arzu və təklifləri dinlənilmiş, irəli sürdükləri məsələlərin həlli ilə əlaqədar aidiyyəti üzrə tapşırıqlar verilmişdir.

İcra başçısı səmimi görüşə görə sakinlərə minnətdarlığını bildirmiş,  qeyd etmişdir ki, təməli Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan müstəqil dövlətimiz ölkə Prezidenti möhtərəm cənab İlham Əliyevin uzaqgörən siyasəti ilə gündən-günə inkişaf edir, güclənir. Hazırda 100 illik yubileyini qürurla qeyd etdiyimiz Ulu Öndər 30 il bundan əvvəl rəhbərliyə gələndə ölkədə hər şey bərbad idi. Yenicə müstəqilliyini qazanan dövlətimizin taleyi qeyri-müəyyən idi. Xaos, hərc-mərclik, erməni işğalçılarına qarşı müharibə, daxili çaxnaşmalardan xalq bezmiş, çaş-baş qalmışdı. Müdrik xalqımızın Heydər Əliyevi xilaskarlıq missiyasını yerinə yetirməyə təkid etməsi ən düzgün addım oldu. Xalqın səsinə səs verən Ulu Öndərimizin hakimiyyətə qayıtdığı ilk gündən böyük məharətlə müəyyən etdiyi siyasi xətt, Azərbaycanımızı uçurumdan qurtararaq bu günkü böyük inkişaf yoluna yönəltdi. Hazırda Ulu Öndərin siyasi strategiyasını uğurla həyata keçirən ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə müstəqil Azərbaycanımız dünya dövlətlərinin diqqət mərkəzində olmaqla mühüm tərəfdaşa çevrilib. Bu siyasətin nəticəsində ölkəmiz elə bir inkişaf səviyyəsinə çatdı ki, otuz il işğalda olan torpaqlarını cəmi 44 günə düşməndən azad etdi. Müzəffər Ali Baş Komandanımızın rəhbərliyi və qəhrəman oğullarımızın fədakarlığı ilə düşmən elə bir zərbə aldı ki, hələ uzun müddət bunu unuda bilməyəcək. Hazırda Şanlı Bayrağımızın dalğalandığı həmin ərazilərdə sürətli tikinti-quruculuq işləri gedir. Cənab Prezidentimiz bir neçə gündür ki, o müqəddəs torpaqlarda düşmən tərəfindən vəhşicəsinə dağıdılaraq talan edilmiş infrastrukturun bərpası ilə əlaqədar tapşırıqlarını verir, təməlqoymalar həyata keçirir. Artıq soydaşlarımızın doğma torpaqlara qayıdışına başlanmışdır. İlin axırına kimi daha çox vətəndaşımız doğma yerlərinə köçüb əbədi yaşayacaqlar.

Bununla bərabər respublikamızın bütün bölgələrində, o cümlədən rayonumuzda da quruculuq işləri durmadan davam edir. Yeni obyektlər inşa olunur, layihələr həyata keçirilir. Rayonumuzun siması aparılan quruculuq işləri, inşa edilən müasir tikililərlə dəyişir, daha da gözəlləşir.   

İnkişafımızı istəməyən düşmən qüvvələr - fars molla rejimi ilə erməni birliyi nə qədər çalışsalar da qüdrətli dövlətimizə, müdrik xalqımıza bata bilməzlər. Onlar Vətən müharibəsi günlərində də bir idilər. İran erməni terrorçularını hər cür silah-sursatla təmin edirdi. Lakin Qalib Sərkərdəmizin müdrikliyi, ordu, xalq, rəhbər birliyi sayəsində düşmən məhv edilərək bütün torpaqlarımız işğaldan azad edildi, qarşıya qoyduğumuz məqsədə nail olduq. İndi bütün dünyada qalib ölkə, qalib xalq kimi tanınaraq qürur hissi keçiririk.  

Böyük inkişaf yolunda olan ölkəmizin iqtisadiyyatı gücləndikcə daha böyük layihələrin həyata keçiriləcəyini diqqətə çatdıran icra başçısı əhalini bu inkişafa daim dəstək olmağa, dövlətçiliyi qorumağa, möhkəm birliyə çağıraraq hər bir vətəndaşın ölkəmizin parlaq gələcəyi naminə ölkə Prezidenti ətrafında sıx birləşməsinin vacibliyini bir daha vurğulamışdır.

Keçidlər