Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 025-22) 5-13-94

Vaqadi kəndində səyyar qəbul və görüş

16 may 2024 | 18:15

Rayon icra hakimiyyətinin başçısı Qəzənfər Ağayev Siyaku kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyin Vaqadi kəndində əhali ilə növbəti görüşünü keçirmişdir. Görüşdə rayonun idarə və müəssisə rəhbərləri iştirak etmişlər.

İcra başçısı əhalini salamlayaraq bildirmişdir ki, Vaqadi kəndində bir neçə dəfə görüşlərimiz olub. Birgə səylərimiz nəticəsində qaldırılan problemlərin bir qisminin həllinə nail olmuşuq. Kəndin əsas yolu və burdakı körpü təmir olunmuş, qəzalı elektrik dirəkləri yenisi ilə əvəz olunmuşdur. Hazırda sürətli internet şəbəkəsinin çəkilməsinə, elektrik xətt təsərrüfatının cari təmirinə başlanılmış, qaz xəttinin çəkilməsi və Miki kəndində yeni məktəb binasının tikintisinə hazırlıq görülür. Bu quruculuq işləri dağlıq ərazidə, mürəkkəb relyefdə yerləşən kəndlərimizin avtomobil yollarının asfaltlaşdırılmasından sonra geniş vüsət alıb. Taxtanəkəran-Toradi və Taxtanəkəran-Miki avtomobil yolları asfaltlaşdırılmaqla, bu istiqamətdə yaşayan əhalinin ən böyük problemi həllini tapmışdır. Saf havası və ecazkar təbiəti olan bu ərazilərə turistlərin gəlişi ildən-ilə çoxalır. Əvvəllər yerli sakinlər gündəlik tələbatlarının ödənilməsi, eləcə də, təsərrüfatlarında yetişdirdikləri məhsulları bazarlara çıxartmaq üçün böyük əziyyət çəkdikləri halda, indi asanlıqla qapılarında bunu reallaşdırırlar. Bu bizi çox sevindirir.

Bütün bunlar Ulu Öndər Heydər Əliyev siyasətini uğurla davam etdirən ölkə Prezidenti cənab İlham Əliyevin uzaqgörənliyinin nəticəsidir. Güclü iqtisadi təməllər üzərində qurulan müstəqil Azərbaycanımız bütün sahələrdə durmadan inkişaf edir. Bu inkişafın nəticəsi idi ki, otuz il işğalda olan torpaqlarımız Müzəffər Ali Baş Komandanımızın rəhbərliyi və qəhrəman oğullarımızın fədakarlığı ilə düşməndən azad edildi. Hazırda Şanlı Bayrağımızın dalğalandığı Qarabağda və Şərqi Zəngəzurda sürətli tikinti-quruculuq işləri gedir. Düşmən tərəfindən vəhşicəsinə dağıdılaraq talan edilmiş həmin ərazilərdə infrastrukturun bərpası ilə əlaqədar cənab Prezidentimiz xalqa hər gün yeni-yeni müjdələr verir. Tamamilə yenidən qurulan, yüksək zövqlə salınan şəhər və kəndlərimizə soydaşlarımızın qayıdışına xalqımız hədsiz sevinir. Bir neçə gün əvvəl ümummili liderimiz Heydər Əliyevin doğum günündə, cənab Prezident İlham Əliyevin iştirakı ilə  artıq Şuşaya da ilk köç başladı. Soydaşlarımızın doğma yurdlarına qovuşması demək olar ki, hər gün davam edir.  

Bütün bunlarla yanaşı Respublikamızın digər bölgələrində, o cümlədən, rayonumuzda da quruculuq işləri durmadan davam edir. Yeni obyektlər inşa olunur, layihələr həyata keçirilir. Rayonumuzun siması aparılan quruculuq işləri, inşa edilən müasir tikililərlə dəyişir, daha da gözəlləşir.   

Cənab Prezidentin Sərəncamı ilə ayrılan vəsait hesabına yenidən qurulan 26 km-lik Çayoba-Astara avtomobil yolunun əsaslı təmiri ilin sonuna qədər tamamlanacaqdır. Yeni salınan 5 kilometrlik Dürriyə-Şümrüd avtomobil yolu başa çatmaq üzrədir. Dolu-Reqloba avtomobil yolunun çəkilişi davam edir. Yaxın günlərdə Heydər Əliyev Fondu tərəfindən Şümrüd kənd tam orta məktəbi üçün yeni binanın tikintisinə başlanılacaqdır. 

Böyük inkişaf yolunda olan ölkəmizin iqtisadiyyatı gücləndikcə daha böyük layihələrin həyata keçiriləcəyini diqqətə çatdıran icra başçısı əhalini bu inkişafa daim dəstək olmağa, dövlətçiliyi qorumağa, möhkəm birliyə çağıraraq hər bir vətəndaşın ölkəmizin parlaq gələcəyi naminə ölkə Prezidenti ətrafında sıx birləşməsinin vacibliyini bir daha vurğulamışdır.

Ölkəmizin hər bir bölgəsində, xüsusən də, işğaldan azad olunan ərazilərimizdə aparılan genişmiqyaslı tikinti-quruculuq və abadlıq işlərindən qürurla danışan kənd sakinləri əhalinin rifah halının yaxşılaşdırılmasından ötrü göstərdiyi diqqət və qayğıya görə möhtərəm Prezident İlham Əliyevə minnətdarlıqlarını bildirmişlər. Səmimi görüşə və  qaldırılan məsələlərə həssaslıqla yanaşdığına görə rayon rəhbərliyinə təşəkkür etmiş, kənddə elektrik xətt təsərrüfatının yenilənməsinə və yeni transformatorun qoyulmasına, qaz xəttinin çəkilməsinə köməklik göstərilməsini xahiş etmişlər.

İcra başçısı vətəndaşların arzu və təkliflərini dinləmiş, irəli sürdükləri məsələlərin həlli ilə əlaqədar aidiyyəti üzrə tapşırıqlar vermişdir.

Keçidlər