Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 025-22) 5-13-94

Vaqo kəndində əhali ilə görüş

15 aprel 2022 | 10:56

Rayon icra hakimiyyətinin başçısı Qəzənfər Ağayev Siyaku kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyin Vaqo kəndində əhali ilə görüş keçirmişdir. Görüşdə rayonun inzibati orqanlarının, idarə və müəssisələrin rəhbərləri iştirak etmişlər.

Səyyar qəbul-görüşdə sakinlərin arzu və təklifləri dinlənilmiş, qaldırılan problemlərin həlli ilə əlaqədar aidiyyəti üzrə tapşırıqlar verilmişdir.

Çıxış edənlər ölkədə, rayonumuzda və yaşadıqları kənddə aparılan quruculuq işlərinə, həyata keçirilən sosial layihələrə görə Prezident İlham Əliyevə minnətdarlıq etmiş, pandemiya dövründə vətəndaşların xəstəlikdən qorunması, müalicəsi, həmçinin maddi dəstəyə görə  ölkə başçısına ən xoş arzularını bildirmişlər. Pandemiyaya görə yaranmış fasilədən sonra əhalinin görüşünə gələrək, problemləri ilə maraqlanıb həllinə tapşırıqlar verdiyinə görə rayon icra hakimiyyətinin başçısından razılıq etmişlər. Vətəndaşlar Vaqo kənd məscidinin dam örtüyünün dəyişdirilməsi, elektrik təsərrüfatının yenidən qurulması, genişzolaqlı internetin sürətinin və sayının artırılması, yeni tikilmiş evlərə qaz xəttinin çəkilməsi barədə təkliflərini vermişlər.

İcra başçısı ümummilli lider Heydər Əliyevin siyasətini uğurla davam etdirən ölkə Prezidenti cənab İlham Əliyevin apardığı məqsədyönlü daxili və xarici siyasət barədə görüş iştirakçılarını məlumatlandırmış, ölkəmizin inkişafı naminə qlobal layihələrin icrası ilə əlaqədar həyata keçirilən mühüm tədbirlər barədə danışmışdır.

Qeyd etmişdir ki, vətəndaşlarımızın sosial rifahının yaxşılaşdırılması ölkə başçısının daim diqqətindədir. Son illər rayonumuzda, eləcə də Vaqo kəndində görülən işlər buna misaldır. Əvvəlki görüşlərimizdə məktəb tikintisi barədə təklifləriniz olmuşdu. Nəticədə belə bir müasir tipli məktəb tikilərək istifadəyə verilmişdir. Ümumiyyətlə inzibati ərazi dairəsi üzrə nümayəndəliyinə daxil olan bütün məktəblər yeni tikilmiş, yollar asfaltlaşdırılmış, əksər kəndlər qazlaşdırılmış, kəndin mərkəzindən keçən çayda sahilbərkitmə işləri aparılmışdır. Bütün bu işlər cənab Prezidentin Sərəncamları ilə ayrılan vəsait hesabına, onun tapşırığı, diqqət və qayğısı ilə görülmüşdür.

Kəndin əsas problemi istismar müddəti başa çatmış elektrik xətt təsərrüfatının yenilənməsidir. Bu barədə aidiyyəti qurumlar məlumatlandırılmış, müəyyən tədbirlər həyata keçiriləcəkdir.

Hazırda Müzəffər Ali Baş Komandanımızın rəhbərliyi, qəhrəman oğullarımızın fədakarlığı ilə işğaldan azad edilmiş torpaqlarımızda sürətli tikinti, bərpa işləri aparılır. Cəsur hərbiçilərimiz qəhrəmanlıq dastanı yazaraq qısa müddətdə düşmənləri darmadağın etməklə, zaman-zaman verdiyimiz  şəhidlərin qisasını aldılar. Bizə böyük qələbənin sevincini yaşadan, uzun illərin həsrətinə son qoyan şəhidlərimizin ruhu önündə baş əyir, qazilərimizə, bütün hərbiçilərimizə can sağlığı diləyirik.

Məlum olduğu kimi faşist əqidəli quldur düşmən uzun müddət işğal altında saxladığı doğma torpaqlarımızda misli görünməmiş vəhşiliklər törədərək daşı daş üstünə qoymayıb. Cənab Prezidentin rəhbərliyi ilə həmin torpaqlarda aparılan bərpa işləri vətəndaşlarımızın doğma yerlərinə qayıdışının uzaqda olmadığını göstərir. İnşallah, yaxın günlərdə böyük qayıdışın şahidi olarıq.  Biz də ölkə rəhbəri ətrafında sıx birləşməli, ölkəmizdə bərqərar olan əmin-amanlığı, sabitliyi qorumalı, Azərbaycanımızın daha da qüdrətlənməsi naminə cənab Prezidentin həyata keçirdiyi əhəmiyyətli işlərə töhfəmizi verməliyik.

 

 

Keçidlər