Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 025-22) 5-13-94

“Xəzər-dostluq dənizi” motoyürüş iştirakçıları Astarada

08 aprel 2023 | 18:36

Rusiya Federasiyasının Həştərxan vilayətinin qubernatoru İqor Babuşkinin rəhbərliyi ilə “Xəzər-dostluq dənizi” motoyürüş karvanı Astarada olmuşdur.

Astara Rayon İcra Hakimiyyətinin başçısı Qəzənfər Ağayev dənizkənarı park-bulvar kompleksində motoyürüş iştirakçıları ilə görüşərək qonaqları salamlamış, qubernator İqor Babuşkinlə səmimi söhbət etmişdir.

İcra başçısı Astaranın coğrafi mövqeyi, təbiəti, sosial-iqtisadi inkişafı, turizm potensalı barədə qonağa ətraflı məlumat vermişdir. Qeyd etmişdir ki, möhtərəm Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə hərtərəfli inkişaf edərək dünyanın qüdrətli və təhlükəsiz ölkələrindən birinə çevrilən Azərbaycanın cənub qapısı olan Astara yaxın gələcəkdə böyük logistika mərkəzinə çevriləcəkdir. Eyni zamanda tarixi İpək yolu üzərində yerləşən, dəniz və dağ təbii landşaftlarına malik rayonumuzda turizm üçün geniş imkanlar vardır. Bilirsiniz ki, Azərbaycan dostluq və əməkdaşlıq ənənələrinə həmişə sadiq olduğundan etibarlı tərəfdaş kimi qəbul edilir. Əminəm ki, rəhbərlik etdiyiniz bu motoyürüş ölkələrimiz arasındakı dostluq və əməkdaşlığın daha da inkişaf etdirilməsinə öz töhfəsini verəcəkdir.  

Qubernator İqor Babuşkin səmimi görüşə görə icra başçısına təşəkkür etmiş, Astaranın çox gözəl dənizkənarı bulvarı, təmiz havası və füsünkar təbiəti olduğunu vurğulamışdır. Bildirmişdir ki, 01 aprel 2023-cü il tarixində Həştərxandan başlayan motoyürüş Qazaxıstan, Türkmənistan, İran və Azərbaycandan keçməklə 11 aprel 2023-cü ildə başa çatacaqdır. Layihəmizin əsas məqsədi Xəzəryanı ölkələr arasında dostluq və əməkdaşlıq əlaqələrinin möhkəmləndirilməsidir. Sülhə, dostluğa xidmət edən layihəmizin həyata keçirilməsində verdiyi dəstəyə görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə xüsusi minnətdarlığımı bidirirəm. Eyni zamanda qeyd etmək istəyirəm ki, ölkələrimiz arasında səmimi dostluğun təməli bu il anadan olmasının 100 illiyi qeyd olunan dahi şəxsiyyət Heydər Əliyev tərəfindən qoyulmuşdur. Məmnuniyyətlə bildirirəm ki, Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin yubiley tədbiri may ayında Həştərxan şəhərində də təntənəli şəkildə qeyd ediləcəkdir. Düşünürəm ki, hər birimiz bölgədə davamlı sülhün əldə edilməsindən ötrü bütün imkanlardan istifadə etməliyik.

Keçidlər