Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 025-22) 5-13-94

Xocalı soyqırımı qurbanlarının xatirəsi ehtiramla anıldı

26 fevral 2025 | 12:12

26 fevral 2025-ci il tarixində Astara şəhərindəki Şəhidlərin Xatirə Kompleksində Xocalı faciəsinin 33-cü ildönümü ilə əlaqədar keçirilən tədbirdə soyqırım qurbanlarının xatirəsi ehtiramla anılmışdır. Rayon icra hakimiyyətinin başçısı Qəzənfər Ağayev, hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatlarının rəhbərləri, qeyri-hökumət təşkilatlarının və ictimaiyyətin nümayəndələri, şəhid ailələrinin üzvləri, qazilər və müharibə iştirakçıları Xatirə Kompleksini ziyarət edərək Vətənin müstəqilliyi uğrunda şəhid olanların xatirəsini hörmət və ehtiramla yad etmişlər. 

33 il öncə, 1992-ci il fevral ayının 25-dən 26-na keçən Xocalı soyqırımının baş verdiyi qanlı gecədə azğınlaşmış ermənilərin törətdiyi dəhşətli terror aktı bir daha xatırlanmışdır. 

Qeyd olunmuşdur ki, 30 il ağır dərdlərə dəyanətlə sinə gərən müdrik xalqımız yurd həsrəti, yurd nisgili ilə ürəyi göynəsə də səbirlə qisas gününü gözlədi. Nəhayət ki, Müzəffər Ali Baş Komandan İlham Əliyevin əmri ilə 2020-ci ilin 27 sentyabr tarixində şanlı qələbəmizə yol açıldı. Rəşadətli Azərbaycan ordusu qaniçən erməni quldurlarını cəmi 44 günə ağır məğlubiyyətə uğradaraq, qanları və canları bahasına torpaqlarımızı işğaldan azad etdilər.  

Azərbaycan xalqı şanlı qəhrəmanlıq salnaməsi yazaraq, düşmən üzərində tarixi zəfər çaldı və özünün qalib xalq olduğunu bütün dünyaya bir daha sübut etdi. Bu qələbə ilə xalqımızın 30 illik həsrətinə son qoyuldu. Xocalı faciəsi qurbanları və Vətən torpaqlarının azadlığı uğrunda canından keçən bütün qəhrəman övladlarımızın qisası döyüş meydanında alındı.

Ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə erməni vandalları tərəfindən dağıdılaraq xarabazara çevrilmiş Qarabağ və Şərqi Zəngəzurda şəhər və kəndlərimiz bərpa olunduqca, yüzlərlə azərbaycanlı ailəsi sevinclə doğma torpaqlarına – Şuşaya, Xankəndiyə, Laçına, Cəbrayıla, Ağdama, Füzuliyə, Zəngilana, Xocalıya qayıdaraq məskunlaşırlar. Müzəffər Ali Baş Komandan, yenilməz Sərkərdə cənab İlham Əliyevin və qəhrəman oğullarımızın sayəsində bu gün Azərbaycan xalqı bütün dünyada qalib xalq, müzəffər xalq kimi tanınır, yaşayır və bundan sonra da əbədi yaşayacaqdır.

Keçidlər