Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 025-22) 8-13-94

Xocalı soyqırımı qurbanlarının xatirəsi ehtiramla yad edildi

26 fevral 2026 | 12:41

26 fevral 2026-cı il tarixində Xocalı faciəsinin 34-cü ildönümü ilə əlaqədar rayon icra hakimiyyətinin, hüquq-mühafizə orqanlarının, YAP rayon təşkilatı, idarə və müəssisələrin rəhbərləri, qeyri-hökumət təşkilatlarının və ictimaiyyətin nümayəndələri, şəhid ailələrinin üzvləri, qazilər və müharibə iştirakçıları Astara şəhərində Şəhidlərin Xatirə Kompleksini ziyarət edərək Vətənin müstəqilliyi uğrunda şəhid olanların xatirəsini hörmət və ehtiramla yad etmişlər. 

Xocalı soyqırımı azğınlaşmış ermənilərin xalqımıza qarşı törətdiyi dəhşətli terror aktıdır.  Uzun illər bu ağır dərdlərə dəyanətlə sinə gərən müdrik xalqımız yurd həsrəti ilə ürəyi göynəsə də səbirlə qisas gününü gözlədi. Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin düşmənin təxribatlarına cavab olaraq 2020-ci ilin 27 sentyabr tarixində əks hücum əmrini xalqımız çoxdan gözləyirdi.  Rəşadətli Azərbaycan ordusu qaniçən erməni quldurlarını qısa müddətdə ağır məğlubiyyətə uğradaraq, torpaqlarımızı işğaldan azad etdilər və tarixi zəfər çaldılar.   

Bu qələbə ilə xalqımızın uzun illik həsrətinə son qoyuldu. Xocalı faciəsi qurbanları və Vətən torpaqlarının azadlığı uğrunda canından keçən bütün qəhrəman övladlarımızın qisası döyüş meydanında alındı.

Ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə erməni vandalları tərəfindən dağıdılaraq xarabazara çevrilmiş Qarabağ və Şərqi Zəngəzurda şəhər və kəndlərimiz sürətlə bərpa olunur. Artıq yüzlərlə azərbaycanlı ailəsi sevinclə doğma torpaqlarına, o cümlədən, Xocalıya qayıdaraq məskunlaşıblar. Müharibə dəhşətlərini görmüş, Vətən həsrəti yaşamış xalqımız sülhü, əmin-amanlığı dünyada təbliğ edən və bunun üçün daim mübarizə aparan Müzəffər Ali Baş Komandan, qalib Prezident cənab İlham Əliyevin ətrafında sıx birləşərək dəstək olmaqla, quruculuq işlərinə töhfələrini verməklə doğma yurdlarında bundan sonra əbədi yaşayacaqlarına sonsuz əmindirlər.

Keçidlər