Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 025-22) 5-13-94

Yaponiyanın Azərbaycandakı Səfiri Vada Cüniçi yenidən Astarada

21 oktyabr 2022 | 13:16

Yaponiyanın Azərbaycan Respublikasındakı Fövqəladə və Səlahiyyətli Səfiri Vada Cüniçi Astara rayonuna növbəti dəfə səfər etmişdir.

Astara Rayon İcra Hakimiyyətinin Başçısı Qəzənfər Ağayev və Səfir Vada Cüniçi Yaponiya hökumətinin “Ot Kökləri və İnsan Təhlükəsizliyi Qrant Yardımı Proqramı”  çərçivəsində Deqadi kənd ümumi orta məktəbi üçün inşa edilmiş əlavə korpusun açılışını etmişlər.

Tədbirdə Yaponiya hökumətinin həyata keçirdiyi “Ot Kökləri və İnsan Təhlükəsizliyi” layihəsi üzrə ekspertlər Haşimoto Takuma və Zakir Əliyev, “Sosial Məsələlərin Həllinə Kömək” İctimai Birliyinin sədri Anar Aslanov, Lənkəran-Astara Regional təhsil idarəsinin müdiri Elxan Nəcəfov iştirak etmişlər.  

Layihənin icraçısı olan “Sosial Məsələlərin Həllinə Kömək” İctimai Birliyinin sədri Anar Aslanov bildirmişdir ki, layihədə əsas məqsəd Astara rayonunun Deqadi kənd tam orta məktəbinin ərazisində 144 nəfər şagirdin təhsil ala biləcəyi 6 otaqlı yeni məktəb binasının tikilməsi ilə həmin məktəbdə mövcud otaq çatışmazlığı probleminin həllinə nail olaraq həmin kəndin təhsil şəraitini yaxşılaşdırmaqdır.  

Rayon icra hakimiyyətinin başçısı Qəzənfər Ağayev cənab səfir Vada Cüniçi ilə Yaponiya-Azərbaycan əlaqələrinin 30 illiyində yenidən Astarada görüşündən məmnunluğunu bildirmiş, ölkələrimiz arasındakı bu dostluq münasibətlərinin bundan sonra daha da inkişaf edəcəyini əminliklə qeyd etmişdir.  

Astarada Yaponiya hökumətinin həyata keçirdiyi layihələr çərçivəsində əvvəlki illərdə Ərçivan qəsəbəsində və Artupa kəndində yeni məktəb binaları, Hamoşam və  Ojakəran kəndlərində tibb məntəqələri tikilərək istifadəyə verilmişdir. Bu gün də Deqadi kənd ümumi orta məktəbi üçün inşa edilmiş əlavə korpusun açılışını edirik. Bütün bunlara görə Yaponiya hökumətinə və cənab səfir Vada Cüniçiyə minnətdarlığımı bildirirəm. Ümid edirəm ki, bu layihələr rayonumuzda davamlı olacaq və biz də cənab səfirlə yeni açılışlarda iştirak edərik.

Yaponiyanın Azərbaycan Respublikasındakı Fövqəladə və Səlahiyyətli Səfiri Vada Cüniçi göstərilən diqqətə görə minnətdarlıq etmiş, ölkəsinin həyata keçirdiyi Qrant Yardımı Proqramı çərçivəsində Astarada daha bir layihənin icra edilməsinə sevindiyini bildirmişdir. Dövlətlərarası diplomatiyanın 30 illiyinin tamamında istifadəyə verilmiş yeni məktəb binasının Yapon xalqından dostluq rəmzi kimi qəbul edilməsini xahiş etmişdir. Yaponiyalı diplomat bundan sonra da müxtəlif sahələrdə yeni layihələrin icrası üçün atılacaq addımların xalqlar arasında dostluğa və qarşılıqlı əməkdaşlığa stimul olacağını bildirmişdir.  

Qonaqlar sinif otaqlarında yaradılmış şəraitlə tanış olmuş, şagirdlərlə səmimi söhbət etmişlər.

Astara təbiətinin gözəlliyindən xüsusi zövq alan səfir rayonun ucqar mənzərəli kəndlərindən olan Sım kəndinə səfər etmişdir.

 

Keçidlər