Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 025-22) 5-13-94

Maşxan kəndində səyyar qəbul və görüş

07 iyun 2018 | 16:00

Maşxan kəndi Təngərüd inzibati ərazi dairəsinə daxil olan iki kənddən biridir. Burada 818 təsərrüfatda 3255 nəfər əhali yaşayır ki, onların əsas məşğuliyyəti sitrusçuluq, heyvandarlıq və əkinçilikdir.

7 iyun 2018-ci il tarixdə rayon İcra  Hakimiyyətinin başçısı Qəzənfər Ağayev Maşxan kəndində əhali ilə görüşmüş, səyyar qəbul keçirmişdir. Görüşdə rayonun hüquq mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri iştirak etmişlər.

İcra başçısı Qəzənfər Ağayev kənd sakinlərini salamlayaraq qeyd etmişdir ki, dəfələrlə bu kənddə və qonşu kəndlərdə görüşlərimiz olmuş, əhali tərəfindən verilən təkliflərə baxılmış, qaldırılan problemlərin həllinə nail olunmuşdur. Bu görüşümüzdə də sizi narahat edən problemləri nəzərdən keçirərək, həlli yollarını birgə araşdıracağıq.

Tədbirdə çıxış edən kənd sakinləri Qadir Məmmədov, Səfərəli Əfsəlov, Orxan Rzayev, Tarverdi Axundov, Əbülhəsən Muradov, Məmmədağa Tağıyev, Aydın Sultanov, Leyla Əhmədova və başqaları son illər rayonda və yaşadıqları kənddə görülən işlərə görə ölkə Prezidentinə minnətdarlıqlarını bildirmişlər. Eyni zamanda məhəllə yolunun əsaslı təmiri, içməli su problemi, Maşxan kənd tam orta məktəbin əsaslı təmiri və istilik sisteminin quraşdırılması, məktəbə gedən yolda piyada keçidi zolağının yerləşdirilməsi barədə təkliflərini vermişlər.

Qəzənfər Ağayev 11 aprel Prezident seçkilərində yüksək mütəşəkilliyə və Heydər Əliyev ideyalarına, inkişafa, tərəqqiyə səs verdiklərinə görə bütün sakinlərə minnətdarlıq etmişdir.

İcra başçısı vətəndaşlar tərəfindən qaldırılan məsələlərə münasibət bildirərək qeyd etmişdir ki, Xanbulançay dəryaçasından Astara şəhərinə çəkilən içməli su xəttində işlər başa çatdırılandan sonra Maşxan kəndi və bu istiqamətdə yerləşən digər kəndlərə içməli suyun verilməsi təmin ediləcəkdir. Rayonda 40-dan çox yeni məktəb binasının tikildiyi və əsaslı təmir olunduğunu bildirərək, ilk növbədə qəzalı vəziyyətdə olan məktəblərin tikintisindən sonra Maşxan kənd tam orta məktəb binasının da əsaslı təmir olunacağını diqqətə çatdırmışdır.

Hazırda ulu öndər Heydər Əliyevin siyasi kursunu uğurla davam etdirən ölkə Prezidenti möhtərəm cənab İlham Əliyevin uzaqgörən siyasəti ilə böyük inkişaf yolunda olan müstəqil  Azərbaycanımızın iri şəhərləri kimi qəsəbə və kəndləri də inkişaf edir, abadlaşır. Son illər rayonumuzda böyük sosial layihələrin uğurlu icrası göz önündədir. Ucqar dağ kəndləri olan Deqədi-Pəlikəş, Taxtanakəran-Miki və Taxtanakəran-Toradi istiqamətində yerləşən kəndlərə asfalt yollar çəkilərək əhalinin istifadəsinə verilmişdir. Hazırda Ojakəran-Tüləküvan-Təngərüd dairəvi avtomobil yolunun tikintisinə başlanmışdır ki, bu yoldan bir neçə kəndin, eyni zamnda Maşxan kəndinin əhalisi istifadə edəcəkdir. Əvvəllər 3-4 saata gedilən yolları hazırda 30-40 dəqiqəyə rahatlıqla getmək mümükündür.

Astara şəhərinin dənizkənarı hissəsində geniş ərazidə salınan park-bulvar kompleksinin ərazisinin genişləndirilməsi işi sürətlə davam edir. Burada insanların asudə vaxtını səmərəli keçirməsi, istirahəti üçün hər cür şərait yaradılmışdır.

Ələt-Astara avtomobil yolunun tikintisi başa çatmaq üzrədir. Bu yol istifadəyə veriləndən sonra rahatlıqla iki saat yarıma Bakı şəhərinə getmək mümkün olacaqdır. Sosial infrastrukturlar müasir dövrə uyğun qurulduqca böyük turizm potensialı olan rayonumuza xarici qonaqların və turistlərin gəlişi də çoxalır.

Cənab Prezidentin kənd təsərrüfatının inkişaf etdirilməsi ilə əlaqədar tapşırıqlarına uyğun olaraq rayonumuzda, eyni zamanda Maşxan kəndində də müəyyən işlər görülmüş, əkin sahələri xeyli genişləndirilmişdir. Amma torpaqlardan səmərəli istifadəni daim diqqətdə saxlamalıyıq.

Əlbəttə,  bu görülən işlərlə insanlarımızın güzəranı, rifah halı da yaxşılaşır, rahat, firavan həyata qovuşurlar. Bütün bunlar ölkə rəhbəri tərəfindən ardıcıl olaraq qəbul edilən proqramlar çərçivəsində həyata keçirilir. Ölkəmizin bu günü, hərtərəfli inkişafı bizi hədsiz sevindirir. Son illər rayonun əksər kənd yollarının asfaltlaşdırılması, məktəb binaları, xəstəxanaların tikintisi, şəhərə içməli su xəttinin çəkilməsi, qaz və elektrik təsərrüfatının yeniləşdirilməsi istiqamətində aparılan ümumi işlər dediklərimizə sübutdur.

Böyük inkişaf yolunda olan ölkəmizin iqtisadiyyatı gücləndikcə daha böyük layihələrin həyata keçiriləcəyini diqqətə çatdıran icra başçısı əhalini bu inkişafa daim dəstək olmağa, dövlətçiliyi qorumağa, ölkə Prezidenti ətrafında sıx birləşməyə çağırmışdır.

 

 

 

Keçidlər