Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 025-22) 5-13-94

Astara rayonunda “9 may-faşizm üzərində qələbə günü” qeyd olundu

09 may 2019 | 16:00

1941-1945-ci illər faşizm üzərində qələbənin 74-cü ildönümü ilə əlaqədar Astara rayonunda tədbir keçirilmişdir.

Rayon İcra hakimiyyətinin başçısı Qəzənfər Ağayev, Milli Məclisin deputatı Rəşad Mahmudov, idarə, müəssisə və təşkilatların rəhbərləri, ictimaiyyətin nümayəndələri şəhərin mərkəzindəki “Qəhrəmanlar bağı”nda Sovet İttifaqı Qəhrəmanları Ziya Bünaydovun, Mirzə Cəbiyevin, İlya Kaverinin, Azərbaycanın Milli Qəhrəmanı Yalçın Nəsirovun, üç “Şöhrət” ordenli Rəhmət Hətəmovun, Ağahəsən Nəhmətovun büstləri qarşısına və Şəhidlər kompleksində əklil və gül dəstələri qoymuşlar.

Rayon İcra hakimiyyətinin başçısı Qəzənfər Ağayev faşizm üzərində qələbənin 74-cü ildönümü münasibətilə veteranları təbrik etmiş, onlara ən xoş arzularını bildirmişdir. Qeyd etmişdir ki, bəşəriyyətə böyük fəlakətlər gətirən bu müharibədə minlərlə azərbaycanlı da iştirak etmiş, bir qismi həlak olmuş, digərləri isə qələbədən sonra Vətənə qayıdaraq sıramızda olmuşlar. Ulu Öndər Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra Böyük Vətən Müharibəsi veteranlarına diqqət və qayğının artırıldığını, onların mədəni-məişət və sosial problemlərinin həlli ilə əlaqədar konkret tədbirlər görüldüyünü diqqətə çatdırmışdır. Heydər Əliyevin siyasətini layiqincə davam etdirən möhtərəm Prezidentimiz İlham Əliyev hər il müvafiq sərəncamları ilə Böyük Vətən Müharibəsi veteranlarının sosial vəziyyətinin yaxşılaşdırılmasını təmin edir, onları daim diqqətdə saxlayır.

Azərbaycan dövlətinin siyasi sabitlik, inkişaf və tərəqqi yolunda inamlı addımları, dünyanın inkişaf etmiş dövlətləri sırasında yer alması, mütərəqqi dövlətlərin tərəfdaşına çevrilməsi bizi hədsiz qürurlandırır. İnanırıq ki, Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi qüdrətli Azərbaycan ordusu aprel zəfərini təkrarlamaqla böyük qayıdışın başlanğıcı olan Cocuq Mərcanlı kimi yaxın zamanlarda işğal altındakı bütün torpaqlarımızın azadlığına nail olacaq və qələbə bayramını Şuşada, Xankəndində və digər tarixi torpaqlarımızda qeyd edəcəyik. 

Rayonun müharibə iştirakçıları və veteranla onlara göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevə minnətdarlıqlarını bildirmişlər.

 

 

Keçidlər