Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 025-22) 5-13-94

Qamışoba kəndində əhali ilə görüş

03 oktyabr 2019 | 16:00

Rayon icra hakimiyyətinin başçısı Qəzənfər Ağayev Kakalos kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin Qamışoba kəndində əhali ilə növbəti səyyar qəbul-görüş keçirmişdir. Görüşdə rayonun inzibati orqanlarının, idarə və müəssisələrin rəhbərləri iştirak etmişlər.

Səyyar qəbul-görüşdə sakinlərin qaldırdıqları problemlər öyrənilmiş,  təklifləri dinlənilmiş, məsələlərin həlli ilə əlaqədar aidiyyəti üzrə tapşırıqlar verilmişdir.

Çıxış edənlər rayon rəhbərliyinin vətəndaşlarla vaxtaşırı olaraq yaşadıqları ərazidə görüş keçirməsini, qaldırılan məsələlərin operativ həlli üçün tapşırıqlar verməsini yüksək dəyərləndirərək minnətdarlıq etmişlər. Vətəndaşların rifah halının yaxşılaşdırılmasına xidmət edən çoxsaylı layihələrin həyata keçirilməsinin əhəmiyyətindən danışaraq ölkəmizin inkişafına, tərəqqisinə və insanların həyat səviyyəsinin yüksəldilməsinə istiqamətlənən bu dövlət tədbirlərindən razılıqlarını bildirmişlər. Təməli ulu öndər Heydər Əliyev tərəfindən qoyulan müstəqil Azərbaycanın çiçəklənməsi, insanların rahat yaşayışının təmin edilməsi üçün həyata keçirdiyi çoxsaylı tədbirlərə görə cənab Prezidentə hədsiz minnətdarlıqlarını bildirmişlər.  

Son illər rayonda tikinti-quruculuq və abadlıq işlərinin geniş vüsət aldığını qeyd edərək, əhalinin rahat yaşayışının təmin edilməsinə istiqamətlənən bu işlərin yalnız alqışa layiq olduğunu vurğulamışlar.  

İcra başçısı səmimi görüşə görə sakinlərə təşəkkür etmiş, qaldırılan yerli əhəmiyyətli məsələlərin həlli barədə verilən tapşırıqların icrasını nəzarətdə saxlayacağını, digərlərinin isə həllinə mümkün zamanda birgə nail olunacağını diqqətə çatdırmışdır. Ölkə Prezidenti möhtərəm cənab İlham Əliyevin məqsədyönlü siyasəti ilə yüksək inkişaf yolunda olan müstəqil dövlətimizin bütün sahələrdə uğurlar qazanıldığını bildirərək,  bu inkişafın gündən-günə yaxşılaşan sosial həyatımızın hər sahəsində hiss olunduğunu vurğulamışdır. Qeyd etmişdir ki, əhalinin sosial rifahının yaxşılaşdırılması üçün ölkə Prezidenti möhtərəm cənab İlham Əliyevin imzaladığı sərəncamlarla mühüm tədbirlər həyata keçirilmiş, əmək haqları, təqaüdlər, minimum əməkhaqqı və minimum pensiyalar artırılmışdır.

Son illər rayonumuzda çoxlu tikinti-quruculuq işlərinin həyata keçirildiyini qeyd edərək, ən ucqar kəndlərə salınan asfalt yollar, tikilən məktəblər, tibb müəssisələri, uşaq baxçaları və digər sosial obyektlərlə sakinlərin həyat səviyyəsinin əhəmiyyətli dərəcədə yaxşılaşdığını, rahatlığının təmin edildiyini bildirmiş, bu cür sosial layihələrin icrasının davamlı olacağını diqqətə çatdırmışdır.

İcra başçısı görüş iştirakçılarını ölkə rəhbəri ətrafında sıx birləşməyə, ölkəmizdə bərqərar olan əmin-amanlığı, sabitliyi qorumağa, Azərbaycanımızın daha da qüdrətlənməsi naminə cənab Prezidentin həyata keçirdiyi əhəmiyyətli işlərə hər zaman dəstək olmağa çağırmışdır.

 
Keçidlər