Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 025-22) 5-13-94

Qapıçıməhəllə kəndində əhali ilə görüş

28 noyabr 2019 | 16:00

Rayon icra hakimiyyətinin başçısı Qəzənfər Ağayevin əhali ilə növbəti səyyar qəbul-görüşü Suparibağ inzibati ərazi dairəsi üzrə nümayəndəliyin Qapıçıməhəllə kəndində olmuşdur. Görüşdə rayonun inzibati orqanlarının, idarə və müəssisələrin rəhbərləri iştirak etmişlər.

Səyyar qəbul-görüşdə söylənilən arzu və təkliflər dinlənilmiş, məsələlərin həlli ilə əlaqədar aidiyyəti üzrə tapşırıqlar verilmişdir.

Sakinlər çıxış edərək respublikada və rayonda getdikcə geniş vüsət alan quruculuq-abadlıq işlərinin onların yaşayışını, həyat səviyyəsini gündən-günə yaxşılaşdırdığını qeyd edərək, bütün bunlara görə ölkə Prezidenti möhtərəm cənab İlham Əliyevə minnətdarlıqlarını bildirmişlər. Cənab Prezidentin məqsədyönlü siyasəti ilə abadlaşan kəndlər sırasında yaşadıqları Qapıçıməhəllə kəndinin də olduğunu qeyd edərək burada son illər görülən quruculuq, abadlıq işlərindən razılıqla danışmışlar.

Səyyar qəbullarda qaldırılan məsələlərin həllinə diqqətlə yanaşdığına görə rayon rəhbərliyindən razılıqlarını bildirən kənd sakinləri kəndin transformatorunun yenisi ilə əvəz edilməsi və elektrik xəttinin SİP kabelləşməsi, avtomobil yolunun təmir edilməsinə köməklik göstərilməsini xahiş etmişlər.

İcra Hakimiyyətinin başçısı Qəzənfər Ağayev görülən işləri yüksək qiymətləndirdiklərinə görə sakinlərə minnətdarlıq edərək bildirmişdir ki, bu kənddə həm sizi, həm də bizi narahat edən əsas vacib məsələ Astaraçayda sahilbərkitmə işlərinin aparılması idi ki, cənab Prezidentin Sərəncamına əsasən bu məsələ artıq həllini tapmışdır. Bundan başqa kənd üçün mühüm əhəmiyyət daşıyan, kəndi rayon mərkəzi və əksər yaşayış məntəqələri ilə birləşdirən dairəvi avtomobil yolu asfaltlaşdırılmış, yeni məktəb binası tikilərək istifadəyə hazırlanmışdır. Sizinlə görşlərimizdə əsasən bu təkliflərlə çıxış edirdiniz ki, bu məsələlər də həllini tapmışdır. Qaldı ki, elktrik xətlərinin SİP kabellə əvəzlənməsi, elə bu nümayəndəliyin Suparibağ, Rüdəkənar kəndləri də daxil olmaqla bu istiqamətdə də rayonda işə başlanmış, növbə bu kəndə də çatacaqdır. Amma unutmayın ki, rayonumuzun elə kəndləri vardır ki, onlara elektrik xətti və avtomobil yolu hələ indi çəkilir.

Cənab Prezident bu barədə məlumatlandırılan kimi bu kəndlərin – Sekəşan, Dolu, Diqo və bu istiqamətdə yerləşən digər ucqar dağ kəndlərimizin problemlərinin həlli ilə əlaqədar sərəncam imzalamış, artıq bu istiqamətdə qızğın iş gedir. Baxmayaraq ki, Sekəşan kəndində cəmi 4 təsərrüfat vardır, həmin ailələrə ən yüksək səviyyədə elektrik enerjisinin verilişinə artıq başlanmışdır. Amma dünyanın heç bir ölkəsində bu qədər əhalisi az olan kiçik yaşayış məntəqələrinə dövlət belə vəsait xərcləmir.

Bütün bu işlərə görə ümummilli lider Heydər Əliyev siyasətinə və bu siyasəti uğurla davam etdirən cənab Prezidentimiz İlham Əliyevə minnətdar olmalıyıq. Xalqımızın rahat və firavan həyatının, ölkəmizin davamlı və sabit inkişafının təmin olunması üçün həyata keçirilən məqsədyönlü tədbirlər sevindirici və ürəkaçandır. Bu gün vətəndaşlarımızın rifahı durmadan yüksəlir, maddi həyat və məişət şəraiti gündən-günə yaxşılaşır. Hazırda əhalinin sosial rifahının yaxşılaşdırılması üçün böyük həcmli sosial paketin icrasına başlanmış, bu siyasət gələcəkdə də davam edəcəkdir. Bizim borcumuz isə ölkəmizdə bərqərar olan əmin-amanlığı qorumaq və ölkə Prezidentinin ətrafında sıx birləşərək, gördüyü böyük işlərə töhfəmizi verməkdən ibarətdir. Bu yolda sizə uğurlar arzulayıram.  

İcra başçısı Qapıçıməhəllə kənd ümumi orta məktəbində tədrisin vəziyyəti ilə maraqlanmış, Astarada ilk dəfə təşkil olunmuş “Voltran” robototexnika layihəsi ilə tanış olmuş, yeni quraşdırılan modul tipli binaya baxış keçirərək, tövsiyə və tapşırıqlarını vermişdir.

 
Keçidlər