Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 025-22) 5-13-94

Astarada ümummilli lider Heydər Əliyevin anadan olmasının 98-ci ildönümü münasibətilə ağac əkmə aksiyası keçirilmişdir

09 may 2021 | 16:00

Ulu Öndər Heydər Əliyevin anadan olmasının 98-ci ildönümü ilə əlaqədar rayonda keçirilən tədbirlərin davamı olaraq ümumrayon iməciliyi  və ağac əkmə aksiyası keçirilmişdir.

Rayon icra hakimiyyətinin şəhər, qəsəbə və kənd  inzibati ərazi dairəsi üzrə nümayəndələri, idarə, müəssisə və təşkilatların kollektivlərinin qatıldığı iməcilikdə prospekt və küçələr səliqəyə salınmış, bardurlər, ağacların gövdələri əhənglə ağardılmış, geniş miqyasda ərazi tullantılardan təmizlənmişdir.

 Ələt-Astara avtomobil yolunun  Astara şəhərinə aid hissəsində sərv, eldar şamı, akasiya, göyrüş, girdəyarpaq birgöz, dəmir ağacı, palıd, ağcaqayın və digər ağac növlərindən ibarət   ümumilikdə 1200-ə qədər ağac əkilmişdir.  

Tədbirdə rayon icra hakimiyyətinin başçısı Qəzənfər Ağayev və aparat işçiləri, rayonun idarə, müəssisə və təşkilatların kollektivləri iştirak etmişlər. Geniş bir ərazidə ağac əkininin həyata keçirilməsi həm də ölkəmizdə ekoloji mühitin sağlamlaşdırılmasına bir töhfədir.

Keçidlər