Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 025-22) 5-13-94

Fəaliyyət

Rayonun ərazisi 616 kv. km-dir, 1 şəhər, 2 qəsəbə və 89 kənd vardır. Əhalisi 108 min 657 nəfərdir.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev 09 noyabr 2004-cü il, 08 sentyabr 2005-ci il, 03 fevral 2006-cı il, 15 aprel 2011-ci il, 13 mart 2012-ci il, 04 sentyabr 2013-cü il, 11 aprel 2015-ci il və 15 oktyabr 2018-ci il tarixlərində Astara rayonuna səfərlər etmişdir (8 dəfə).

Azərbaycan Respublikası Prezidentinin Sərəncamları:

- 14 sentyabr 2005-ci il tarixli Sərəncamla Azərbaycan Respublikası regionlarının, o cümlədən Lənkəran şəhəri, Astara, Lerik, Masallı və Yardımlı rayonlarının sosial iqtisadi inkişafının sürətləndirilməsi məqsədilə tədbirlər planı təsdiq edilmişdir. 

- 21 aprel 2010-cu il tarixli Sərəncamla Astara-Bala Şahağacı avtomobil yolunun yenidən qurulması məqsədilə Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Astara rayon İcra Hakimiyyətinə 3,5 mln manat vəsait ayrılmışdır. Ümumi uzunluğu 19 km olan avtomobil yolu yenidən qurularaq asfaltlaşdırılmışdır.

- 19 aprel 2011-ci il tarixli Sərəncamla Astara rayonun sosial-iqtisadi inkişafının sürətləndirilməsi məqsədi ilə Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Astara rayon İcra Hakimiyyətinə 2 mln manat vəsait ayrılmışdır.

-Bundan 1 mln manat rayon mərkəzi xəstəxanasının əsaslı təmiri və yenidən qurulmasına;

-570 min manat Kijəbə qəsəbəsində ümumi uzunluğu 10 km olan Kijəbə-Qəcimardə, Kijəbə-Ojakəran və Kijəbə-Maşxan yollarının əsaslı təmiri və asfaltlaşdırılmasına;

Əlavə olaraq rayonun 2011-ci il üçün yerli xərclərində nəzərdə tutulmuş vəsaitdən 178 min manatı bu yolların əsaslı təmirinin başa çatdırılmasına sərf olunmuşdur.

-430 min manat isə şəhərin H.Əliyev prospekti, Azərbaycan, Nizami və A.Heydərov küçələrində abadlıq və təmir işlərinin aparılmasına, müasir işıqlandırma sisteminin quraşdırılmasına sərf edilmişdir.

- 23 noyabr 2011-ci il tarixli Sərəncamla  Astara rayon Mərkəzi Xəstəxanasının yenidən qurulması ilə bağlı əsaslı təmir işlərinin başa çatdırılması və tibb avadanlığı ilə təchiz olunması üçün Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Astara rayon İcra Hakimiyyətinə 1,5 mln manat ayrılmışdır.

Rayon mərkəzi xəstəxanasının 96 çarpayılıq korpusu yenidən qurularaq əsaslı təmir edilmiş və tibb avadanlığı ilə təchiz olunmuşdur.  Ərazidə yeni park və istirahət guşəsi salınmışdır.

- 15 mart 2012-ci il tarixli Sərəncamla  Astara rayonunun sosial-iqtisadi inkişafının sürətləndirilməsi məqsədi ilə Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Astara rayon İcra Hakimiyyətinə 2 mln manat vəsait ayrılmışdır.

Heydər Əliyev prospekti yenidən qurulmuş, Heydər Əliyev parkı genişləndirilərək yeni fəvvarə, işıqlandırma sistemi quraşdırılmış, parkın ətrafında olan inzibati bina əsaslı təmir olunmuşdur. Şəhərin Heydər Əliyev prospekti, S.Vurğun və Azərbaycan küçələrində 16 çoxmərtəbəli ictimai yaşayış binanın fasad hissəsi və dam örtükləri dəyişdirilmişdir. Nizami və Qum küçələrində, şəhər 1 saylı tam orta məktəbin qarşısında tikinti və abadlıq işləri aparılmış, yeni bağ salınmışdır.

- 18 aprel 2012-ci il tarixli Sərəncamla   Astara rayon Mərkəzi Xəstəxanasının yenidən qurulması ilə bağlı başlanmış əsaslı təmir işlərinin davam etdirilməsi, əlavə tibbi avadanlıq və inventarla təchiz olunması üçün Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinə ilkin olaraq  2,0 milyon manat ayrılmışdır.

Rayon Mərkəzi Xəstəxanasının əsaslı təmiri başa çatdırılmış, yeni inventar və avadanlıqlarla təchiz edilmişdir.

- 28 dekabr 2012-ci il tarixli Sərəncamla Astara rayonunun Ərçivan kəndinə qəsəbə statusu verilmişdir.

- 15 iyul  2013-cü il tarixli Sərəncamla otuz üç min nəfər əhalinin yaşadığı 45 yaşayış məntəqəsini birləşdirən Ərçivan-Şüvi-Alaşa-Qapıçıməhəllə və Siyaku-Rinə avtomobil yollarının tikintisi məqsədi ilə Azərbaycan Respublikasının 2013-cü il dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşu xərclərinin bölgüsündə kəndlərarası avtomobil yollarının tikintisi və yenidən qurulması üçün nəzərdə tutulmuş vəsaitin 3,3 milyon manatı Astara rayon İcra Hakimiyyətinə ayrılmışdır.

13.5 km olan Ərçivan-Şüvi-Alaşa-Qapıçıməhəllə və 4 km olan Siyaku-Rinə avtomobil yollarının tikintisi və asfaltlaşdırılması başa çatdırılmışdır.

- 12 sentyabr 2013-ci il tarixli Sərəncamla  Astara rayonunun sosial-iqtisadi inkişafının sürətləndirilməsi məqsədi ilə Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Astara rayon İcra Hakimiyyətinə 2 mln manat vəsait ayrılmışdır.

- 12 sentyabr 2013-ci il tarixli Sərəncamla  on iki min nəfər əhalinin yaşadığı 21 yaşayış məntəqəsini birləşdirən Deqədi-Pəlikəş avtomobil yolunun tikintisi məqsədi ilə Azərbaycan Respublikasının 2013-cü il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Astara rayon İcra Hakimiyyətinə ilkin olaraq 2,0 milyon manat ayrılmışdır.

-10 dekabr 2014-cü il tarixli Sərəncamla  on iki min nəfər əhalinin yaşadığı 21 yaşayış məntəqəsini birləşdirən Deqədi-Pəlikəş avtomobil yolunun tikintisinin davam etdirilməsi məqsədi ilə Azərbaycan Respublikasının 2014-cü il dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşu xərclərinin bölgüsündə kəndlərarası avtomobil yollarının tikintisi və yenidən qurulması üçün nəzərdə tutulmuş vəsaitin 4,7 milyon manatı Astara rayon İcra Hakimiyyətinə ayrılmışdır.

Ümumi uzunluğu 21 km olan avtomobil yolunun tikintisi və asfaltlaşdırılması başa çatdırılmışdır. 11 aprel 2015-ci il tarixində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev açılış etmişdir.

-13 aprel 2015-ci il tarixli Sərəncamla  Astara şəhərində 860 şagird yerlik 2 saylı tam orta məktəb binasının əsaslı təmiri  və on iki min nəfər əhalinin yaşadığı, 38 yaşayış məntəqəsini birləşdirən Taxtanəkaran_Miki Taxtanəkəran-Toradi kəndlərarası avtomobil yollarının yenidən qurulması məqsədilə Astara Rayon İcra Hakimiyyətinə Azərbaycan Respublikasının 2015-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan respublikası Prezidentinin ehtiyat fondundan 5.5 (beş milyon beş yüz min) milyon manat, o cümlədən 2 saylı tam orta məktəb binasının əsaslı təmiri üçün 2.5 milyon (iki milyon beş yüz min), kəndlərarası avtomobil yollarının yenidən qurulması üçün ilkin olaraq 3.0(üç) milyon manat ayrılmışdır.

-8 iyun 2017-ci il tarixli Sərəncamla  Astara şəhərində dənizkənarı park-bulvar  kompleksi ərazisinin genişləndirilməsi üçün Azərbaycan Respublikasının 2017-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Astara Rayon İcra Hakimiyyətinə 3.0(üç) milyon manat ayrılmışdır.

-27 iyul 2018-ci il tarixli Sərəncamla doqquz min nəfər əhalinin yaşadığı 3 yaşayış məntəqəsini birləşdirən Ojakəran-Tüləküvan-Təngərüd avtomobil yolunun tikintisi məqsədi ilə Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşu xərclərinin bölgüsündə avtomobil yollarının tikintisi və yenidən qurulması üçün nəzərdə tutulmuş vəsaitin 3,4 milyon (üç milyon dörd yüz min) manatı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ayrılmışdır.

-15 oktyabr 2018-ci il tarixli Sərəncamla Ələt-Astara-İran İslam Respublikası ilə dövlət sərhədi avtomobil yolunun 204-207-ci kilometrlik hissəsinin və Astaraçay çayı üzərində körpünün tikintisi məqsədi ilə Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ilkin olaraq 3,0 (üç) milyon manat ayrılmışdır.  

-15 oktyabr 2018-ci il tarixli Sərəncamla Astara şəhərində istismar müddəti başa çatmış çoxmənzilli binaların sakinlərinin mənzil-məişət şəraitini yaxılaşdırmaq məqsədi ilə 48 mənzilli yaşayış binasının tikintisi üçün Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Astara Rayon İcra Hakimiyyətinə 3,0 (üç) milyon manat ayrılmışdır.

-15 oktyabr 2018-ci il tarixli Sərəncamla  Astara rayonunda sel və daşqın təhlükəli çayların zərərli təsirinə qarşı mübarizə və qəza vəziyyətinin aradan qaldırılması tədbirlərinin davam etdirilməsi üçün Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinə ilkin olaraq 2,0 (iki) milyon manat, o cümlədən Astaraçay çayının İran İslam Respublikası ilə sərhəd ərazidən keçən hissəsinin sol sahilində sahilbərkitmə işlərinin aparılması və mövcud mühafizə divarlarının bərpası üçün 1,5 milyon (bir milyon beş yüz min) manat, Siyakuçay, Təngərüdçay və Pensərçay çaylarının rayon ərazisindən keçən hissələrinin sağ və sol sahillərində sahilbərkitmə işlərinin aparılması üçün 500,0 (beş yüz) min manat ayrılmışdır.

Sosial-iqtisadi göstəricilər:

 -Ümumi məhsul buraxılışı 2003-cü ilə nisbətən 2019-cu ilin mart ayınadək 7.6 dəfə artaraq 34 mln manata, kənd təsərrüfatının ümumi məhsulu 4 dəfə artaraq 12 mln manata, sənaye məhsulu 33 dəfə artaraq 2.7 mln manata çatmışdır.

- Əsas kapitala yönəldilmiş investisiyalar 72.5 dəfə artaraq 8.2 mln manat, o cümlədən tikinti-quraşdırma işlərinin həcmi  92 dəfə artaraq  7.8 mln manat olmuşdur.

-2003-cü ildən 2019-cu ilin mart ayınadək 10090-ı daimi olmaqla 14220 iş yeri açılmışdır. 

-Astara şəhərində Heydər Əliyev Mərkəzi üçün yeni bina inşa edilmiş, Ulu Öndərin adını daşıyan mədəniyyət və istirahət parkı salınmış və abidəsi ucaldılmış, Dövlət Bayrağı Meydanı salınmış, Gənclər evi inşa edilmişdir.

-Kijəbə qəsəbəsində Heydər Əliyev parkı və Dövlət Bayrağı Meydanı salınmışdır.

- YAP Astara rayon təşkilatı, Vergi Terminalı üçün inzibati binalar, Astara Olimpiya İdman Kompleksi, Astara Boks Mərkəzi, şəhərin mərkəzində 9 mərtəbəli və sərhədçilər üçün 6 mərtəbəli yaşayış binaları inşa edilmişdir;

-Astara şəhərində 2500 tonluq soyuducu kameraları, 3000 tonluq taxıl anbarı, Çayoba kəndində yeni çay emalı fabriki  tikilmiş, çınqıl və asfalt zavodu yaradılmışdır;

- 50 yerlik “Şindan” mehmanxanası, Uşaq Əyləncə Mərkəzi, “Abşeron”, “Relax”, “Astara” və “Ceyhun” ailəvi istirahət mərkəzləri inşa edilmişdir;

-Rayon İcra hakimiyyətinin inzibati binası, Uşaq musiqi məktəbi və  Azərbaycan küçəsində inzibati və ictimai yaşayış binalarının fasadı müasir formada əsaslı təmir edilmişdir.

Bala Şahağac kənd 96 yerlik ümumi orta modul tipli, Siyatük kənd 56 yerlik ibtidai modul tipli məktəbi  üçün və Səncərədi kənd uşaq bağçası üçün yeni binalar  tikilərək istifadəyə verilmişdir. Eyni zamanda atçılıq meydançasının, cartinqin (yarış oyunları meydançasının) tikintisi və Astara şəhərinin içməli su  sisteminin yenidən qurulması işləri də yekunlaşmışdır.

Astara Bulvar kompleksinin genişləndirilməsi çərçivəsində Bulvar ərazisinin genişləndirilməsi və doqquzmin əhalinin yaşadığı 3 yaşayış məntəqəsini birləşdirən Ojakəran-Tüləküvan-Təngərüd avtomobil yolunun tikintisi başa çatmışdır.

Hazırda 360 şagird yerlik Burzubənd kənd tam orta məktəbi üçün yeni binanın, Şəmətük kəndində 20 şagird yerlik ibtidai modul tipli məktəb binasının, şəhər ərazisində üç kommersiya obyektinin, “AAAF Park Astara” layihəsi çərçivəsində,  bir otelin, 6 istirahət evinin və Ərçivan kəndində çəltik dəyirmanının tikintisi də davam etməkdədir. Astara şəhərində istismar müddəti başa çatmış çoxmənzilli binaların sakinlərinin mənzil-məişət şəraitini yaxılaşdırmaq məqsədi ilə 48 mənzilli yaşayış binasının tikintisi işlərinə başlanmış, hal-hazırda işlər davam etməkdədir.

Yaşayış məntəqələrinin qazlaşdırılması ilə bağlı tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamına uyğun olaraq Rinə kəndinin qazlaşdırılması işləri tam yekunlaşmış və əhalinin istifadəsinə verilmişdir.

 -  Rayon mərkəzi də daxil olmaqla 39 yaşayış məntəqəsi qazlaşdırılmışdır.

- 9632 şagird yerlik 36 məktəb, o cümlədən Heydər Əliyev Fondunun vəsaiti hesabına 1720 şagird yerlik 5 məktəb inşa edilmiş və 6 məktəb əsaslı təmir olunmuşdur.

Keçidlər