Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 025-22) 5-13-94

İdman

Astara rayon Gənclər və İdman idarəsi

Astara rayon Gənclər və İdman idarəsi 22 noyabr 1994-cü ildə təsis edilmişdir.

Uşaq-Gənclər İdman-Şahmat Məktəbi

Astara Uşaq-Gənclər İdman-Şahmat Məktəbi Azərbaycan Respublikası Təhsil Nazirliyinin 02 avqust 2017-ci il tarixli əmri ilə Uşaq Gənclər İdman Məktəbi və  Uşaq Gənclər  Şahmat Məktəblərinin bazasında rayon Təhsil şöbəsinin tabeçiliyində yaradılmışdır. Uşaq Gənclər İdman Məktəbi 1967-ci, Uşaq Gənclər Şahmat Məktəbi 1985-ci ildən fəaliyyət göstərir. Məktəbdə idmanın boks, sərbəst güləş, futbol və şahmat bölmələri vardır.

Astara  Olimpiya  İdman  Kompleksi

Astara Olimpiya İdman Kompleksinin 13 mart 2012-ci ildə ölkə Prezidenti möhtərəm cənab İlham Əliyevin iştirakı ilə açılışı olmuşdur. Kompleksdə örtülü üzgüçülük hovuzu, 2 trenajor zalı, böyük idman zalı və 3 kiçik idman zalı, açıq mini futbol meydançası, açıq voleybol meydançası, açıq basketbol meydançası, stolüstü tennis və bilyard zalları fəaliyyət göstərir. Kompleksdə müxtəlif idman növləri üzrə rayon, respublika və beynəlxalq miqyaslı yarışlar keçirilir.

Astara  Boks  Mərkəzi

Astara Boks Mərkəzi 04 sentyabr 2013-cü il tarixdə istifadəyə verilib. Boks Mərkəzinin açılışında ölkə Prezidenti möhtərəm cənab İlham Əliyev iştirak etmişdir. Boks Mərkəzində mini futbol meydançası, boks üzrə idman zalı, trenajor zalı, tədris otağı mövcuddur.

Keçidlər