Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 025-22) 5-13-94

Səhiyyə

Astara Rayon Mərkəzi Xəstəxanası Publik Hüquqi Şəxs

Astara Rayon Mərkəzi Xəstəxanası Publik Hüquqi Şəxsin tabeliyində olan Mərkəzi Xəstəxana, 7 Ailə sağlamlıq mərkəzi, 9 Kənd həkim məntəqəsi, 21 Tibb məntəqəsində çalışan  71 həkim, 403 orta tibb işçisi ilə əhaliyə tibbi xidmət göstərir. 

Astara Rayon Mərkəzi Xəstəxanası Cərrahiyyə şöbəsi 30 çarpayılıq, Terapiya şöbəsi 30 çarpayılıq, Mama ginekoloji şöbə 30 çarpayılıq, Uşaq şöbəsi 20 çarpayılıq, İnfeksion şöbə 10 çarpayılıq, Reanimasiya şöbəsi 10 çarpayılıq olmaqla, ümumilikdə 130 çarpayılıqdır. Bundan əlavə xəstəxanaın nəzdində 5 çarpayılıq Hemodializ şöbəsi fəaliyyət göstərir. 

Astara şəhəri, Kijəbə və Ərçivan qəsəbələri, Pensər, Siyaku, Pəlikəş və Asxanakəran kəndlərində Ailə sağlamlıq mərkəzi, Kakalos, Şiyəkəran, Hamoşam, Təngərüd, Şahağac, Şuvi, Ojakəran, Suparibağ, Artupa kəndlərində Kənd həkim məntəqələri, Seləkəran, Məscidməhəllə, Kolatan, Səncərədi, Züngüləş, Bala Şahağac, Maşxan, Amboba, Motlayataq, Siyətük, Telman, Lovayın, Ovala, Burzubənd, Miki, Şümrüd, Sım, Vaqo, Sığaloni, Rinə, Toradi kəndlərində tibb məntəqələri fəaliyyət göstərir. 

Rayon Mərkəzi Xəstəxanasının əsas binası 1979-cu ildə tikilmişdir. Azərbaycan Respublikası Prezidentinin Sərəncamları ilə rayon mərkəzi xəstəxanası əsaslı təmir olunaraq yenidən qurulmuş, müasir inventar və avadanlıqlarla təchiz edilmiş, həyətində park salınmışdır. Azərbaycan Respublikası Prezidenti möhtərəm cənab İlham Əliyev 13 mart 2012-ci il və 04 sentyabr 2013-cü il tarixlərdə xəstəxananın əsaslı təmirdən sonra açılışında iştirak etmişdir.  

Pəlikəş kənd Ailə sağlamlıq mərkəzi, Artupa, Suparıbağ və Ojakəran həkim məntəqələri, Bala Şahağac və Motlayataq tibb məntəqələri üçün muasir layihə əsasında binalar tikilib istifadəyə verilmiş, Kijəbə qəsəbə və  Pensər kənd Ailə sağlamlıq mərkəzləri əsaslı təmir olunmuşdur. 

2020-ci ildə COVİD-19 xəstələrinin müalicəsindən ötrün Oksigen generatoru alınmış, palatalar 51 oksigen çıxışı ilə təmin edilmişdir.  Təcili Tibbi Yardım Şöbəsi genişləndirilmiş, 3 ədəd müasir avadanlıqlarla təchiz edilmiş yeni avtomobil alınmışdır. 

 

 

Keçidlər