Hamoşam və Asxanakəran inzibati ərazi dairəsi üzrə nümayəndəlikləri rayon mərkəzindən 45 km aralı olmaqla şimal-qərbdə ən ucqar yaşayış məntəqələridir. Lerik rayonu və İranla həmsərhəddirlər. May-iyun ayları bu yerlərin ən səfalı vaxtlarıdır. Dağ yamaclarında, yaşıl ormanlarda sıralanmış evlərin bağ-bağatında zəhmətkeş insanlar yaz qayğıları ilə yaşayır.
Şuvi kəndi rayonun cənub-qərbində dağların ətəyində gözəl təbiəti olan ən səfalı kəndlərdən biridir. Geniş kənd təsərrüfatı sahələri zəhmətkeş insanların qayğısı ilə gündən-günə abadlaşır, gülüstana dönür.
Astara rayon icra hakimiyyətində təsdiq olunmuş tədbirlər planı və tərtib edilmiş qrafikə uyğun olaraq Ulu Öndər Heydər Əliyevin anadan olmasının 89-cu ildönümü ilə əlaqədar rayonun ərazi nümayəndələri, idarə, müəssisə və təşkilatlarda keçirilən silsilə tədbirlər mayın 9-da Kakalos kəndində Ulu Öndərin adına olan mədəniyyət və istirahət parkında büstün açılışı, ayın 10-da rayon mərkəzində rəngarəng tədbirlərlə davam etmişdir.
Xalqımızın ümummilli lideri, dahi şəxsiyyət Heydər Əliyevin əziz xatirəsinə astaralılar da daim hörmət və ehtiram bəsləyirlər. Ulu Öndərin anadan olmasının 89-cu ildönümü ilə əlaqədar Astarada silsilə tədbirlər keçirilmişdir. Mayın 10-da ümummilli lider Heydər Əliyevin adını daşıyan minlərlə astaralı toplaşmışdır.
Mayın 9-da Astara rayonunun Kakalos kəndində ümummilli lider Heydər Əliyev adını daşıyan mədəniyyət və istirahət parkında ulu öndərin büstünün açılışı olmuşdur.